Ukrayna məktəblərində karantin rejiminin tələbləri dəyişdirilib
Kiyev, 25 avqust, AZƏRTAC
Ukraynanın Səhiyyə Nazirliyi COVID-19 pandemiyası dövründə məktəblərdə təlim-tədris qaydalarını yeniləyib. Nazirlik dəyişiklikləri beynəlxalq tərəfdaşlar və müəllimlərlə müzakirə edib.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə naziri Maksim Stepanov brifinqdə bildirib.
Qaydalara əsasən, I-IV sinif şagirdləri üçün məktəblərdə hərəkət maskasız və ya respiratorsuz olacaq. Narıncı zonalarda müəllimlərə “üz sipəri”ndən istifadə etmək, sarı və yaşıl zonalarda isə yalnız sosial məsafəyə riayət etmək tövsiyə olunur. Bir şagirdin koronavirusa yoluxacağı təqdirdə, bütün sinif özünü təcrid etməlidir.
Dispenserlər və antiseptiklər yalnız girişdə olmalı, gələcəkdə şagirdlər və müəllimlər hər dərsdən sonra əllərini yumalıdırlar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [13:38]