Ukrayna parlamenti energetika naziri vəzifəsinə yeni namizədi dəstəkləmədi
Bakı, 13 yanvar, AZƏRTAC
Ukraynada enerji böhranı fonunda Ali Radada Denis Şmıqalın energetika naziri təyin olunması ilə bağlı səsvermə nəticəsiz qalıb. Şmıqal kifayət qədər səs toplaya bilməyib. Bu barədə yanvarın 13-də Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak məlumat verib.
AZƏRTAC xəbər verir ki, Jeleznyak “Telegram” kanalında Ali Radada keçirilmiş səsvermənin nəticələrini əks etdirən foto paylaşıb. Məlumata görə, təyinatın lehinə zəruri olan 226 səs əvəzinə yalnız 210 deputat səs verib. Maraqlıdır ki, səsvermədə hakim “Xalqın xidmətçisi” partiyasından Şmıqalın təyinatını cəmi 153 deputat dəstəkləyib.
Bununla yanaşı, Şmıqalla bağlı səsvermənin uğursuzluğundan sonra Ali Radada Ukraynanın keçmiş rəqəmsal transformasiya naziri Mixail Fyodorovun müdafiə naziri təyin olunmasının müzakirəsinə keçmək üçün də kifayət qədər səs toplanmayıb.
Yaroslav Jeleznyakın sözlərinə görə, Ukrayna parlamenti bu kadr dəyişiklikləri ilə bağlı səsverməni yanvarın 14-də yenidən keçirməyə cəhd göstərəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]