DÜNYA
Ukrayna Prezidenti Brüsseldə Avropa İttifaqının sammitində çıxış edəcək
Bakı, 9 fevral, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı sammitində iştirak etmək üçün Brüsselə gəlib. Onun sammitdə çıxış edəcəyi gözlənilir.
AZƏRTAC xəbər verir ki, Belçikanın paytaxtı Ukrayna Prezidentinin Avropa turunun üçüncü dayanacağı olub.
Volodimir Zelenski yanvarın 8-də günorta saatlarında Londonda Böyük Britaniyanın Baş naziri Rişi Sunakla görüşüb və parlamentin deputatları qarşısında çıxış edib. Daha sonra Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla görüşmək üçün Parisə yollanıb.
Ukrayna Prezidentinin Brüsseldə avropalı qanunvericilər qarşısında çıxışı da planlaşdırılır.