Ukrayna Prezidenti Vladimir Zelenski Polşada səfərdədir
Kiyev, 3 may, AZƏRTAC
Ukrayna Prezidenti Vladimir Zelenskinin Polşaya səfəri başlayıb.
AZƏRTAC xəbər verir ki, Zelenski Polşa, Litva, Latviya və Estoniya prezidentləri ilə birlikdə Polşa Konstitusiyasının yaradılmasının 230 illiyi mərasimində iştirak edəcək.
Qeyd edək ki, 1791-ci ildə qəbul olunan Polşa-Litva İttifaq Dövlətinin Konstitusiyası Avropada ilk yazılı konstitusiyadır.
Bundan başqa, səfər çərçivəsində Zelenski Varşavada 4 ölkə prezidentlərinin iştirakı ilə təşkil olunan foruma qatılacaq, o cümlədən Polşa rəhbəri ilə ikitərəfli görüş keçirəcək. Görüşlərdə Avropanın gələcəyi, atılacaq birgə addımlar, Ukrayna-Polşa münasibətləri müzakirə ediləcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]