RƏSMİ XRONİKA
UKRAYNA PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VİKTOR YUŞŞENKOYA
Hörmətli Viktor Andreyeviç!
Ukraynanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Bu gün Azərbaycan ilə Ukraynanın dövlətlərarası münasibətləri uğurla və dinamik inkişaf edir. Əminəm ki, ölkələrimiz arasında dostluq, qarşılıqlı etimad və qarşılıqlı dəstək ab-havası bundan sonra da xalqlarımızın mənafeyi naminə, regionda sülh, sabitlik və tərəqqi naminə əməkdaşlığımızın və qarşılıqlı əlaqələrimizin daha da genişlənməsinə şərait yaradacaqdır.
Hörmətli Viktor Andreyeviç, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, bütün dost Ukrayna xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 15 avqust 2007-ci il.