Ukrayna xüsusi təyinatlıları Almaniyada təlim keçir
Bakı, 29 aprel, AZƏRTAC
Bundesverin mütəxəssisləri Rusiya ordusuna qarşı əks-hücum əməliyyatları üçün nəzərdə tutulan Ukrayna xüsusi təyinatlı qüvvələrinə Almaniyada təlim keçir.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, təlimlər Almaniya Silahlı Qüvvələrinin 10-dan çox bazasında təşkil olunub. Bundan əvvəl alman hərbi mütəxəssisləri ukraynalılara “Leopard” tanklarını və “Panzerhaubitze 2000” özüyeriyən artilleriya qurğularını idarə etməyi öyrədirdilər.
Qəzetin yazdığına görə, xüsusi təyinatlılar əsasən küçə döyüşləri taktikası üzrə təlim keçirlər. Bu isə onu göstərir ki, Kiyev məskunlaşan ərazilərdə əməliyyatlar keçirməyə hazırlaşır. Bundan əlavə, Ukrayna hərbçilərinə potensial düşmənin möhkəmləndirilmiş mövqelərinə hücum etmək də öyrədilir.
Təlimlərə azı 1000 ukraynalı hərbçi cəlb olunub. Onların təxminən100-ü alman tanklarını idarə etməyi öyrənir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]