Ukraynada COVID-19-a yoluxma hallarının yüksək artımı müşahidə olunur
Kiyev, 23 iyul, AZƏRTAC
Ukraynada COVID-19-a yoluxma hallarının artımı müşahidə olunur. Ötən gün ərzində 856 nəfər bu xəstəliyə tutulub, 828 nəfər isə sağalıb. Daha çox yoluxma halları Kiyevdə, Lvov və İvano-Frankovsk vilayətlərində qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu məlumatlar Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının xəritəsində göstərilib.
Ukraynada laboratoriya şəraitində təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 61.181 nəfərə çatıb. Ölkədə COVID-19 xəstəliyindən ümumilikdə 1551 ölüm halı təsdiqlənib, 34 min nəfər bu xəstəliyə qalib gəlib. Aktiv xəstələrin sayı 28 min təşkil edir.
Qeyd edək ki, Ukraynada artıq 3 gündür yoluxmaların sayında nisbətən yüksək artım müşahidə olunur. Yeni yoluxmaların sayı bazar ertəsi - 651, çərşənbə axşamı - 673, çərşənbə günü - 829, bu gün isə 856 nəfər təşkil edib.
Rüstəm Məmmədov
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]