Ukraynada koronavirusa yoluxanların sayının dalbadal üç gün artması qeydə alınıb
Kiyev, 15 may, AZƏRTAC
Mayın 12-də Ukraynada sutka ərzində 375 nəfərin koronavirusa yoluxması aşkar edilən gündən başlayaraq, yeni yoluxma hallarının sayının artması müşahidə olunur. Xüsusi halda, mayın 13-də 402, mayın 14-də 422 və bu gün, mayın 15-də 483 yoluxma halı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, Ukrayna Səhiyyə Nazirliyinin son məlumatlarına görə, Ukraynada COVID-19-a yoluxma ilə bağlı 17.330 hadisə laboratoriya tədqiqatları ilə təsdiq edilib, yoluxanlardan 1220-si uşaqlar, 3420-si tibb işçiləridir.
Ukrayna Prezidentinin ofisində bildiriblər ki, ölkədə koronavirusdan ölüm sayı 476, sağalmışların sayı 4473-dür.
Ukraynada koronavirusdan ölüm sayının səviyyəsi 2,7 faiz təşkil edir. Bu, yüksək göstərici sayılmır.
Rüstəm Məmmədov
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]