Ukraynada koronavirusa yoluxma hallarında vəziyyət qənaətbəxş deyil
Kiyev, 25 avqust, AZƏRTAC
Ukraynada son sutkada koronavirusa yoluxma hallarında vəziyyət qənaətbəxş deyil.
AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bu ölkədə son sutkada 1658 nəfər koronavirusa yoluxub, 25 nəfər isə dünyasını dəyişib. Ən çox yoluxma Kiyev, Xarkov, İvano-Frankovsk, Lvov vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 108 min 415 nəfərə çatıb. Koronavirusdan ölənlərin ümumi sayı 2318 nəfərdir, 52 min 870 xəstə isə sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti avqustun 31-dək uzadılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [13:38]