Ukraynada koronavirusla bağlı vəziyyət stabilləşib, regionlar “qırmızı” zonadan çıxır
Kiyev, 5 may, AZƏRTAC
Ukraynada koronavirusla bağlı vəziyyət stabilləşib.
AZƏRTAC Səhiyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, mayın 5-nə olan məlumata əsasən ölkənin bütün regionlarında COVID-19-a yoluxanların xəstəxanalara yerləşdirilməsi normanı aşmayıb. Artıq 10 vilayət “qırmızı” zonadan çıxıb, bu günlərdə daha 4 vilayətin də bu zonadan çıxması nəzərdə tutulur.
Son sutkada Ukraynada cəmi 2576 nəfər koronavirusa yoluxub, onlardan 1671-i xəstəxanaya yerləşdirilib, 161 nəfər isə bu virusdan vəfat edib. 7728 nəfərin isə müalicəsi başa çatıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]