Ukraynada koronavirusla bağlı yeni antirekord qeydə alınıb
Kiyev, 14 noyabr, AZƏRTAC
Ukraynada son sutkada koronavirusa yoluxanların sayı ilk dəfədir 12 min nəfəri ötüb.
AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün Ukraynada 12 524 nəfər koronavirusa yoluxub. Bununla da pandemiya dövründə Ukraynada koronavirusa yoluxanların ümumi sayı 525 min 176-a çatıb, 238 min 811 nəfər müalicəsini başa vurub. Ən çox yoluxma halları Kiyev, Sumı, Dnepropetrovsk və Xarkov vilayətlərində qeydə alınıb.
Ötən gün ölkədə 191 nəfər koronavirusdan həyatını itirib. Bununla da bu infeksiyadan ölənlərin ümumi sayı 9508 nəfərə çatıb.
Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti dekabrın 31-dək uzadılıb və karantin şərtləri sərtləşdirilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:40]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]