UKRAYNADA PARLAMENT SEÇKİLƏRİ BEYNƏLXALQ STANDARTLARA UYĞUN KEÇİRİLMİŞDİR
Onun sözlərinə görə, Ali Radaya seçkilər keçmiş sovet məkanında ən demokratik seçkilər olmuşdur. Müşahidəçinin fikrincə, bu göstərdi ki, Ukraynada demokratiyanın inkişafı yüksək səviyyədədir.
Trend vurğulamışdır ki, beynəlxalq müşahidəçilərin rəyinə görə, ukraynalıların öz iradəsini azad, təzyiqə məruz qalmadan ifadə etməsi üçün hər cür şərait yaradılmışdı.
Səsvermədə yaranan problemlərdən danışan müşahidəçilər seçki prosesinin lazımi səviyyədə təşkil olunmadığını nəzərə çarpdırmışlar. Trend demişdir ki, biz Ukraynanın müxtəlif regionlarında 150-dən çox seçki məntəqəsində olduq. Onların əksəriyyətində uzun növbələr yaranmışdı. Gələn seçkilərdə çalışmaq lazımdır ki, vətəndaşlar saatlarla növbədə dayanmasınlar. Bundan əlavə, seçki bülletenlərinin də çox uzun olması problemlər yaratmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]