Ukraynanın Lvov şəhərində soyuqdan və istidən qoruyan ekodayanacaq işə salınıb
Kiyev, 10 oktyabr, AZƏRTAC
AZƏRTAC “Ukrayna xəbərləri” informasiya agentliyinə istinadla xəbər verir ki, oktyabrın 8-də Lvovun Qalitsk meydanında, Kral Danilin abidəsinin qarşısında Ukraynada ilk ekolojı dayanacağın təqdimatı olub.
Şüşə konstruksiyanın damında sukkulent bitkiləri əkilib, arxa divarı isə sarmaşıqla bəzədilib.
“Yaşıl dayanacaq” layihəsinin rəhbəri Anastasiya Rudiç deyib: “Binaları deyil, dayanacaqları obyekt seçmişik ki, adamlar yaxşı görsünlər. Bahar gələndə güllər açacaq və dayanacaq daha gözəl görünəcək”.
Layihə müəllifləri bildiriblər ki, belə dayanacaqlar yaratmağın səbəblərindən biri parnik qazlarıdır. Yaşıl dayanacaqlar parnik qazları problemi ilə mübarizə aparmağa qismən kömək edəcək. Bitkilər karbon qazını udacaq və oksigen “istehsal” elərək sakinləri ifrat isti və soyuqdan qoruyacaq.
Bir kvadratmetr dam örtüyündə bitki əkmək 40 avroya başa gəlir. Bir belə dayanacağın ümumi dəyəri 100 min qrivnadır (1 avro 25 qrivna).
Avropa ölkələrində, xüsusən, Fransa, Norveç və Finlandiyada belə ekodayanacaqlar çoxdan quraşdırılıb.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [18:14]
Yunanıstan süni intellekti Konstitusiyaya daxil etməyə hazırlaşır
- 10.05.2026 [16:25]
Media: Rumıniya üzərindən yeni optik maqistral xətt istifadəyə verilib
- 10.05.2026 [07:24]
Çilidə 5,8 bal gücündə zəlzələ baş verib
- 10.05.2026 [05:56]
WSJ: Hörmüz boğazının bağlanması sulfat turşusu tədarükünü mümkünsüz edib
- 10.05.2026 [01:17]
Rubio və Uitkoff Mayamidə Qətərin Baş naziri ilə görüşüb
- 10.05.2026 [01:00]