Ukraynanın yeni energetika naziri ölkənin enerji sektorunun bərpasına dair prioritetləri açıqlayıb
Kiyev, 14 yanvar, AZƏRTAC
Rusiyanın hücumlarından sonra enerji sektorunun bərpası, qorunması və modernləşdirilməsi əsas prioritetdir.
AZƏRTAC xəbər verir ki, bunu Ukraynanın yeni təyin edilən energetika naziri Denis Şmıqal Ali Radada çıxışı zamanı deyib.
“Enerji sektorundakı vəziyyət, xüsusən də Kiyev və ətrafda çətin olaraq qalır. Lakin digər bölgələrdə və şəhərlərdə də çətinliklər var. Enerji şəbəkəsinin bərpası üçün koordinasiyanın gücləndirilməsi, qərar qəbuletmənin sürətləndirilməsi və məhdud resursların ayrılması vacibdir. Enerji işçilərinə əlavə ödənişlər və cəbhə bölgələrində gücləndirilmiş mühafizə də prioritet olaraq qalır”, - deyə Şmıqal söyləyib.
Nazir həmçinin vurğulayıb ki, Ukraynanın Avropa məkanına sürətli və tam inteqrasiyasına ehtiyac var.
Qeyd edək ki, Ali Rada 248 səslə Denis Şmıqalı Baş nazirin birinci müavini və energetika naziri təyinatını təsdiqləyib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:51]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]