Ulu Öndərin əziz xatirəsi İstanbulda anılıb
İstanbul, 10 may, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə İstanbulun Sarıyer rayonunda yerləşən Heydər Əliyev Parkında Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın İstanbuldakı baş konsulluğu tərəfindən təşkil olunan tədbirdə diplomatlar, rəsmi şəxslər, şəhər ziyalıları, Azərbaycanın dövlət təşkilatlarının Türkiyədəki rəsmi nümayəndələri, İstanbulda fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərləri, bu təşkilatlarda təmsil olunan azərbaycanlılar, KİV və QHT təmsilçiləri iştirak ediblər.
Ulu öndər Heydər Əliyevin abidəsi önünə güllər düzülüb.
Tədbir iştirakçıları Türkiyə Respublikasını banisi Mustafa Kamal Atatürkün ərazidəki heykəlinin önünə də gül dəstələri qoyublar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul