Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkilinə dair distant təlimlərə başlanılıb
Bakı, 16 noyabr, AZƏRTAC
Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən ümumtəhsil məktəblərinin peşəyönümü koordinatorları üçün “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” adlı distant təlimlərə başlanılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, təlimlərin məqsədi koordinatorlara peşəyönümü işinin təşkili üçün zəruri olan bilik və bacarıqları qazandırmaqdır.
Təlimlər zamanı müdavimlərə peşəyönümü xidmətinin təşkilinin hüquqi əsasları, peşə seçiminə təsir edən amillər, peşəyönümü işinin prinsipləri, müvafiq fəaliyyətin təşkilində pedaqoji heyətin vəzifələri, peşəyönümü işində XXI əsrdə yaranmış peşələrin əhatə olunması, sahibkarlığın əhatə olunması, həmçinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə şagirdlər ilə aparılan peşəyönümü üzrə işlərin məqsədi, vəzifələri və məzmunu haqqında məlumat verilib.
Təlimlərin növbəti aylarda da davam etdirilməsi planlaşdırılır. Eyni zamanda, seçilmiş təlimçilər tərəfindən tədris ili ərzində metodik dəstəyin göstərilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]