Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü Füzulidə geniş qeyd olunmuşdur
Füzuli, 8 may (AZƏRTAC). Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Horadiz Olimpiya İdman Kompleksində geniş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə Horadiz şəhərində dahi rəhbərin adını daşıyan parka gələrək abidəsi önünə tər çiçəklər düzmüş, xatirəsinə ehtiramlarını bildirmişlər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alı Alıyev ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərindən, müstəqil dövlətimizin möhkəmlənməsində və beynəlxalq aləmdə tanınmasında rolundan danışmış, ölkəmizdə qazanılan nailiyyətləri nəzərə çarpdırmışdır.
Sonra ümummilli liderin anadan olmasının 88-ci ildönümü münasibətilə hazırlanmış tort kəsilmişdir. Rayonun musiqi kollektivləri rəngarəng konsert proqramı ilə çıxış etmişlər.
Muğam evində “Xilaskar” adlı ədəbi-bədii musiqili kompozisiya nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]