ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT
AZƏRTAC xəbər verir ki, Polşa Respublikasının Prezidenti Lex Kaçinski martın 30-da Fəxri xiyabana gəlmişdir.Burada ali qonağı və nümayəndə heyətinin üzvlərini Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər rəsmi şəxslər qarşıladılar.
Polşanın dövlət başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.Polşa Prezidentinin xanımı Mariya Kaçinska görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə gül dəstəsi qoydu.
Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov aIi qonağa Fəxri xiyabanın tarixi barədə məlumat verdi.