ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT
AZƏRTAC xəbər verir ki, Macarıstan parlamentinin sədri Katalin Sili və onu müşayiət edən şəxslər sentyabrın 5-də Fəxri xiyabana gəlmişlər.
Burada qonaqları Milli Məclis sədrinin müavini Bahar Muradova, Azərbaycan-Macarıstan parlamentlərarası dostluq qrupunun rəhbəri Xanhüseyn Kazımlı, Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov qarşıladılar.
Macarıstanlı qonaqlar ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoydular, görkəmli şəxsiyyətin xatirəsini ehtiramla yad etdilər.
######
![]() |
![]() |

