Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş məqalə müsabiqəsi elan edilib
Bakı, 27 fevral, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndər - Müstəqil Azərbaycanın qurucusu” adlı məqalə müsabiqəsi elan edir.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, müsabiqəyə təqdim edilən məqalələr aprelin 27-dək BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin elektron poçt ünvanına ([email protected]) göndərilməlidir.
Müsabiqədə yalnız BDU-nun əməkdaşları iştirak edə bilərlər.
Təqdim olunmuş materiallar Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək, qalib elan edilən məqalələr ölkə mətbuatında, BDU-nun rəsmi saytında, sosial mediada və “Bakı Universiteti” qəzetində dərc olunacaq.
Qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəklər:
I yer -1500 manat; II yer - 1000 manat; III yer -700 manat.
Əlavə məlumat üçün: Tel: (+994 50) 408-84-89, e-mail: [email protected]
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [19:51]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [14:09]
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]