UNEC-in gənc tədqiqatçıları türkiyəli həmkarları ilə COVID-19 virusunun təsirlərindən danışıblar
Bakı, 15 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Türkiyənin Akademik Düşüncə İnstitutu tərəfindən “COVID-19 virusunun təsirləri” mövzusunda onlayn seminar keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, seminarda gənc tədqiqatçıların məruzələri dinlənilib.
Türkiyənin məşhur Akademik Kaynak saytının azərbaycanlı yazarı, UNEC Beynəlxalq magistratura və doktorantura mərkəzinin magistrantı Aslan Əzimzadə COVID-19-un Çin və dünya iqtisadiyyatına təsirindən danışıb. Məruzədə pandemiyanın dünya neft qiymətlərinə, Çinin “SSE Composite” və “FTSE China A50” indeksinə, dünya turizm sektoruna və transmilli korporasiyalara təsiri təhlil aparılıb. Həmçinin bu dövrdə Azərbaycanın pandemiya ilə mübarizə modeli, dünya maliyyə bazarlarında baş verən dəyişikliklər, postpandemiya dövründə işsizlik problemlərinə aid suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [19:51]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [14:09]
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]