UNEC-in şəhid məzunu Vidadi Zalovun ailəsi ziyarət edilib
Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev 2023-cü il aprelin 11-də Laçın istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun hərbi qulluqçusu, UNEC-in məzunu Vidadi Zalovun məzarını ziyarət edib və şəhidin ailəsinə baş çəkib.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib.
Vidadi Zalov 1985-ci il iyulun 17-də Saray qəsəbəsində anadan olub. Saray qəsəbəsi 2 saylı məktəbi bitirib. 2003-2007-ci illərdə UNEC-də maliyyə ixtisası üzrə təhsil alıb.