UNEC: “Nizami Gəncəvi irsi dünya kitabxanalarında” layihəsi davam edir
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzi “Nizami Gəncəvi irsi dünya kitabxanalarında” layihəsinin 10-cu araşdırmasını təqdim edir.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində bu dəfə Litva Milli Kitabxanasında Nizami Gəncəvi irsi araşdırılıb. Kitabxanada dahi şairin irsinə dair 1 audio, 1 əlyazma, 1 not yazısı, 12 çap materialı olmaqla ümumilikdə 15 biblioqrafik yazının mövcudluğu müəyyən edilib.
Kitabxanada dahi şairin yaradıcılığına dair kitablar Bakı, Moskva, Kiyev, Leninqrad (Sankt-Peterburq), Vilnüs, Kaunas, Klaypeda şəhərlərində Azərbaycan, rus, Ukrayna, Litva və ingilis dillərində çapdan çıxmış nəşrlərdir.
Araşdırma zamanı məlum olub ki, Litva Milli Kitabxanasında Nizami irsinə dair mühafizə olunan ilk nəşr 1935-ci ildə Leninqrad şəhərində rus dilində çap edilmiş “Xosrov və Şirin” poemasıdır. Kitabxanada Nizami Gəncəvi irsinə aid son nəşr isə 2013-cü ildə Bakıda çap olunan “Leyli və Məcnun” poemasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]