UNESCO “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqını rəsmi siyahısına daxil etmişdir
Bakı, 4 iyul (AZƏRTAC). UNESCO “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqını rəsmi olaraq özünün “İpək Yolu layihəsi” çərçivəsində əməkdaşlıq etdiyi təşkilatların siyahısına daxil etmişdir.
Bu barədə AZƏRTAC-a Beynəlxalq Gənclər İttifaqının mətbuat xidmətindən məlumat verilmişdir.
Məlumatda bildirilir ki, nüfuzlu beynəlxalq təşkilatın bu layihəsi indiyədək yalnız 10 təşkilatı özünün rəsmi məlumat bazasına daxil etmişdir. “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı bununla da UNESCO tərəfindən tanınan növbəti qurum olmuşdur.
BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə təşkilatı - UNESCO tarixi “İpək yolu” ilə bağlı layihələrində dünya sivilizasiyaları tarixinin inteqral araşdırılmasını, Şərq və Qərb arasında sıx mədəni əlaqələrin yeni düzəndə bərpasını, Avrasiya məkanındakı dövlətlərin və xalqların qarşılıqlı münasibətlərinin dərinləşdirilməsini nəzərdə tutur.
Dünya ictimaiyyəti Böyük İpək Yolu intibahını planetin Şərq yarımkürəsindəki sivilizasiyaların iki min illik dialoqunun təzələnməsi və daha geniş qlobal məkana açılması kimi dəyərləndirir. Bu yolun üzərində və qollarında dünya mədəniyyətinin ən möhtəşəm maddi və mənəvi abidələri yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.02.2026 [18:24]
Akif Əlinin “Özgə dünya” povesti kitab şəklində çap olunub
- 11.02.2026 [15:39]
Rəşad Əzizov: Ölkəmizdə film çəkən şirkətlərin sayı 20-yə çatıb
- 11.02.2026 [14:47]
Xidmət rəisi: AMEA tərəfindən 681 abidəyə müvafiq rəy verilib
- 11.02.2026 [14:07]
Bakıda “Avropanın meydanları” adlı fotosərgi açılıb
- 11.02.2026 [12:53]