“Unibank” kartları ilə edilən ödənişi hissələrə bölmək daha rahat olub
“Unibank”ın “UBank” mobil tətbiqində istifadəyə verilən yeni xidmət ödənişlərini hissəli etmək istəyən hər kəs üçün sərfəli yenilikdir. Aylara BÖL adlı funksiya “Unibank” kredit kartları ilə qeyri-partnyor mağazalarında və onlayn etdiyiniz ödənişləri çox asanlıqla və rahat şəkildə “UBank” üzərindən 6 aya kimi bölmək imkanı yaradıb.
BÖL xidməti nədir?
“Unibank” kredit kartları ilə qeyri-partnyor mağazalarda və internet saytlarda 30 AZN-dən yuxarı olan ödənişləri “UBank”da hissələrə bölmək imkanıdır.
BÖL-ün əsas üstünlüyü dünyanın istənilən yerində etdiyiniz alış-verişin ödənişini “UBank”da istəyinizə uyğun olaraq, 2, 3 və 6 aylıq hissələrə bölmək imkanı yaratmasıdır. Üstəlik bölünmüş əməliyyatlar faizsiz ödənilir və borcunuzu mobil tətbiqdə izləmək imkanı verir. Yeni BÖL xidməti haqda daha geniş məlumatı bankın saytından (https://unbk.az/3MllmG8) əldə etmək mümkündür.
Əgər hələ də “UCard”ınız yoxdursa, sizə yaxın “Unibank” filialına yaxınlaşaraq, kartı yerindəcə, dərhal və pulsuz əldə edə bilərsiniz. Çoxvalyutalı debet kartını və AZN valyutalı kredit xəttini birləşdirən “UCard”, hər parametri ilə müştərinin tələbatına və rahatlığına uyğunlaşdırılan kart məhsuludur. 10 min AZN-dək güzəşt müddətli kredit xətti və 30 min AZN-dək nağd kredit imkanı olan “UCard” pulsuzdur. Kart qalığına illik 6 faizədək gəlir, yüksək keşbek, 18 ayadək faizsiz taksit imkanı olan karta UTM-lərdə istənilən vaxt toplu şəkildə və komissiyasız pul qoymaq, mobil tətbiq vasitəsilə ölkədaxili başqa bank kartlarına aylıq 2 min AZN-dək komissiyasız card to card əməliyyatları etmək mümkündür.
“UCard”ınızda kredit xəttinizi aktivləşdirməmisinizsə, cəmi bir neçə toxunuşla, saniyələr ərzində bunu edə bilərsiniz. Bank filialına yaxınlaşmağınıza ehtiyac yoxdur (https://www.youtube.com/watch?v=Ot34HbiG2wQ).
“UCard” - Sənin kartın!