Unibank Premyer Liqasının 30-cu turuna yekun vurulmuşdur
Bakı, 9 may (AZƏRTAC). Futbol üzrə Unibank Premyer Liqasının 30-cu turunun oyunlarına yekun vurulmuşdur.
AZƏRTAC xəbər verir ki, Lənkəran şəhər mərkəzi stadionunda “Xəzər-Lənkəran” klubu Ağdamın “Qarabağ” komandasını qəbul etmişdir. Gərgin idman mübarizəsi şəraitində keçən oyun 1:1 hesabı ilə başa çatmışdır. Oyunda “Xəzər-Lənkəran”ın heyətində Emeka Opara, rəqib komandadan isə İlqar Qurbanov fərqlənmişlər.
Qəbələ şəhər stadionunda Tovuzun “Turan” komandası “Qəbələ”nin qonağı olmuşdur. Yaşar Abuzərovun vurduğu yeganə qol “Qəbələ” komandasına qələbə qazandırmışdır - 1:0.
Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi” (Bakı) - “İnter” (Bakı) komandalarının oyununda isə matç qarşılıqlı hücumlar şəraitində keçsə də, qapılara top vurulmamışdır - 0:0.
Turnir cədvəlində 66 xalla birinci pillədə olan “Neftçi” ötən turdan çempionluğu təmin etmişdir. “Xəzər-Lənkəran” 56 xalla ikinci, “Qarabağ” (55 xal) isə üçüncü pillədə qərarlaşmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]