“Unicapital İnvestisiya şirkəti” broker şirkətlərin reytinqinə başçılıq edir
Bakı, 26 mart, AZƏRTAC
“Unicapital İnvestisiya şirkəti” Açıq Səhmdar Cəmiyyəti dövlət qiymətli kağızlar bazarında göstərilən xidmətlərin həcminə görə, broker şirkətlərin fevral ayı üçün reytinqinə başçılıq edir.
“Unibank”dan AZƏRTAC-a verilən məlumata görə, Bakı Fond Birjasının analitik şöbəsinin hesablamalarına əsasən şirkətin müştərilərə göstərdiyi xidmətinin həcmi 117 milyon 422 min 764 manat olub.
Qeyd edək ki, “Unicapital İnvestisiya şirkəti” Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazlarının satışı üzrə anderrayteridir və dövlət istiqrazlarının alınması istiqamətində hüquqi və fiziki şəxslərə, eləcə də qeyri-rezidentlərə geniş xidmət təklif edir.
Hazırda “Unicapital İnvestisiya şirkəti”nin nizamnamə kapitalı 300.000 manat təşkil edir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan və ya bankın saytından (www.unibank.az) əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]