“Universiada-2023”də 11 min idmançı iştirak edəcək
Bakı, 16 aprel, AZƏRTAC
Yekaterinburqda keçiriləcək “Universiada-2023”də iştirak edəcək idmançıların sayı 11 min nəfərə çatacaq.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Dmitri Çernışenko Yekaterinburqa səfəri zamanı jurnalistlərə bildirib.
O qeyd edib ki, yarım milyondan çox qonağı, 11 min idmançını qəbul edəcək Universiadanın yüksək səviyyədə və təhlükəsizlik şəraitində keçirilməsi üçün bütün tədbirlər görülür.
Xatırladaq ki, XXXI Ümumdünya Yay Universiadası 2021-ci ildə Çinin Çendu şəhərində təşkil olunacaq. Ötən il İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]
“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb
- 16.06.2026 [12:40]
Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək
- 16.06.2026 [12:12]
Tunis millisinə yeni baş məşqçi təyin olunub
- 16.06.2026 [12:05]
Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir
- 16.06.2026 [11:50]
Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb
- 16.06.2026 [11:22]