Unudulmaz sənətkarın izi: Amaliya Pənahovanın 80 illiyi VİDEO
Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 12-də Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli kino və teatr aktrisası Amaliya Pənahovanın 80 illik yubileyi keçirilib. Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı oldu. Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videomaterialda izləyə bilərsiniz.