Uruqvay dünya turizm mərkəzinə çevrilmək niyyətindədir
Bakı, 28 fevral (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, 2011-ci ilin yanvarında Uruqvaya ən azı 414 min turist gəlmişdir. Bu da həmin ay üçün mütləq rekord hesab edilir və ötənilki göstəricini 40 faiz üstələyir.
Uruqvay Turizm Nazirliyinin məlumatına görə, bu ilin ilk ayında turizm sənayesinin gəliri 535 milyon dollar təşkil etmişdir. Bu, turizm sahəsi üzrə 2005-ci ildə əldə olunmuş gəlirə bərabərdir.
Turizm Nazirliyinin vitse-katibi Liliam Keçiçian demişdir: “Ekoloji və kruiz turizmi istiqamətlərinin inkişafı sahənin gələcəyinin və gəlirlərinin artırılmasının əsasını təşkil edir. Nazirliyin başlıca vəzifəsi Uruqvaya bütün ilboyu turistlərin gəlməsini təmin etməkdir”.
Uruqvayın regionlarında isə turistlər belə yerləşdirilir. Ölkənin şərqindəki Kanelones, Maldanado və Roça departamentləri əsasən dekabr-aprel aylarında turistləri qəbul edir. Ölkənin cənubunda yerləşən Koloniya əyaləti bütün il müddətində səyahət həvəskarları arasında populyardır.
Uruqvayın paytaxtından 135 kilometr məsafədə olan Punta-del-Este kurortu demək olar ki, ilböyu maksimum miqdarda qonaq qəbul edir. Digər regionlar isə hələlik öz inkişafını gözləyir.
Uruqvayın qonşu ölkələrlə hava nəqliyyatı sahəsində Taca, Copa, Gol, Tam və Sol aviaşirkətlərinə üstünlük verilir. Bu da turizm sahəsinin ümumi inkişaf strategiyasına uyğundur. Uruqvaya turistlər əsasən Cənubi Amerika ölkələrindən gəlirlər. Bu ölkələr arasında turizm axınının 70 faizini təmin edən Argentina mütləq liderdir.
Əhalisinin sayı 3 milyon nəfərdən bir qədər çox olan Uruqvay 2010-cu ildə 2,1 milyon turist qəbul etmişdir. Mövsümün qızğın çağında Punta-del-Este kurortunda və Koloniya şəhərində istirahət edən əcnəbi turistlərin miqdarı yerli əhalinin sayını on dəfələrlə üstələyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [18:14]
Yunanıstan süni intellekti Konstitusiyaya daxil etməyə hazırlaşır
- 10.05.2026 [16:25]
Media: Rumıniya üzərindən yeni optik maqistral xətt istifadəyə verilib
- 10.05.2026 [07:24]
Çilidə 5,8 bal gücündə zəlzələ baş verib
- 10.05.2026 [05:56]
WSJ: Hörmüz boğazının bağlanması sulfat turşusu tədarükünü mümkünsüz edib
- 10.05.2026 [01:17]
Rubio və Uitkoff Mayamidə Qətərin Baş naziri ilə görüşüb
- 10.05.2026 [01:00]