UŞAQ ƏYLƏNCƏ KOMPLEKSİ İLƏ TANIŞLIQ
Məktəblilər, uşaqlar dövlətimizin başçısını böyük hərarətlə qarşıladılar. Prezident İlham Əliyevə gül dəstəsi təqdim olundu. Məktəblilər ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş şerlər söylədilər.
Al qırmızı geyir Vətən, mübarək,
Bu gün özün öyür Vətən, mübarək,
Gözün aydın deyir Vətən, mübarək,
Təbrik eyləyirəm, möhtərəm İlham.
Qoy Ulu Tanrı sənə yar olsun,
Xalqımız hər zaman bəxtiyar olsun,
Yurdum başdan-başa gülüzar olsun,
Təbrik eyləyirəm, möhtərəm İlham.
Alqış bu hörmətə, bu ada-sana,
Çatmısan ən yüksək şöhrətə, şana,
Gərəkli oğulsan Azərbaycana,
Təbrik eyləyirəm, möhtərəm İlham.
Xalqımın sevimli bir övladısan,
Bu yüksək qiyməti eldən almısan,
Atanın layiqli davamçısısan,
Təbrik eyləyirəm, möhtərəm İlham.
Arzumdur hər zaman xoşbəxt olasan,
Uzun ömür sürüb cavan qalasan,
Qarabağı yağılardan alasan,
Təbrik eyləyirəm, möhtərəm İlham.
Bilirəm ki, səmimidir sözlərin,
Hər kəlmən qiymətli, mənası dərin,
Nurlu olsun açılan hər səhərin,
Təbrik eyləyirəm, möhtərəm İlham.
Seçkilərdə böyük qələbə çaldın,
Təbrik eyləyirəm, möhtərəm İlham.
Hünərlə, zəfərlə qalxdın, ucaldın,
Təbrik eyləyirəm, möhtərəm İlham.
X X X
Nizamisən bu gün səni itirdik,
Xətaisən bu gün səni itirdik,
Nəsimisən, səndən haqqı götürdük,
Ulu Heydər, qalx ayağa, oyan, dur!
Bu Vətənə İlham kimi payın var,
Üstümüzdə sonsuz haqqı-sayın var.
Sənə qurban, sənə qurban,
Ulu Heydər qalx ayağa, oyan, dur!
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva balacaları doğma övladları kimi əzizlədilər. Uşaqların valideynləri dövlətimizin başçısına və onun xanımına gələcək nəslə göstərdikləri qayğıya görə təşəkkür etdilər, son aylar ərzində ölkəmizdə görülən işlərdən məmnunluqlarını bildirdilər.