Uşaq musiqi məktəbi şagirdlərinin uğuru
Bakı, 24 iyul, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Qazaxıstanın Almatı şəhərində keçirilən “Tessa Music Contest” beynəlxalq müsabiqəsində onlayn iştirak edərək yüksək nəticələr qazanıblar.
İdarədən AZƏRTAC-a bildirilib ki, məktəbin fortepiano şöbəsinin müəllimi Gülnar Mirzəyevanın sinfində təhsil alan beynəlxalq müsabiqələr laureatları Sevil Kəngərli və Zəhra Aslanlı Qazaxıstan, Rusiya və Azərbaycanın gənc ifaçılarının qatıldığı müsabiqədə müxtəlif yaş qrupları üzrə çıxış ediblər. Onların ifaları münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və hər iki ifaçı 1-ci yerə layiq görülüb.
Həmçinin Sevil Kəngərli bu ilin dekabr ayında keçiriləcək qaliblərin “Qran-Pri” uğrunda mübarizəsinə vəsiqə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [20:02]
Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub
- 05.10.2026 [19:16]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [19:10]
Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub
- 05.10.2026 [18:43]
“Yaradıcı Filmaton” layihəsi başa çatıb
- 05.10.2026 [18:14]
İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub
- 05.10.2026 [17:02]