Azərbaycan Dövlət İnformasiya Agentliyi

Uşaqların sosial şəbəkə platformalarında qeydiyyatı qanunvericiliyə uyğun tənzimlənəcək MÜSAHİBƏ VİDEO

Uşaqların sosial şəbəkə platformalarında qeydiyyatı qanunvericiliyə uyğun tənzimlənəcək MÜSAHİBƏ VİDEO

Bakı, 6 iyul, AZƏRTAC

Rəqəmsallaşmanın sürətləndiyi müasir dövrdə uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Təsadüfi deyil ki, ötən ay “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsinə dair ictimai müzakirə keçirilib. AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Məhəmməd Cəbrayılov AZƏRTAC-a müsahibəsində yeni hüquqi mexanizmlər, süni intellekt texnologiyalarının yaratdığı imkan və risklər, sosial şəbəkələrdə uşaqların təhlükəsizliyinin təmin olunması, bu dəyişikliklərin ölkənin informasiya təhlükəsizliyi və rəqəmsal suverenliyinə töhfəsi barədə danışıb. Onunla müsahibəni təqdim edirik.

– “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanuna dəyişikliklər edilməsini necə qiymətləndirirsiniz?

–Müasir çağırışlara, təhdidlərə cavab vermək dövlətin prioritet istiqamətləridir. Rəqəmsal İnkişaf Şuranın yaradılması bu istiqamətdə atılan mühüm addımlardan biridir. Amma görüləsi iş də çoxdur. Yəni rəqəmsal inkişaf, ona uyğunlaşmaq, dövrün tələblərinə cavab vermək üçün qanunlar qəbul olunmalıdır. Lakin qanunların qəbul olunması ilə məsələ bitmir. Qanunlar yenilənməlidir. Ölkə üçün, uşaqların dünyagörüşü üçün, həyatı üçün, gələcəyi üçün təhlükə yaradan risklərin aradan qaldırılması məqsədilə qanunlara yeni dəyişikliklər tələb olunur. Bu, həmişə inkişaf edən bir prosesdir. Bugünkü qərarlar müəyyən mənada həm də rəqəmsal suverenliyə verilən bir cavabdır.

– Rəqəmsal mühitdə uşaqların qarşılaşdığı əsas təhlükələr hansılardır?

–Zərərli videolara baxmaq, kiberbullinq, zərərli oyunlar oynamaq, “YouTube, “TikTok”, “Instagram” səhifələrində uşaqların yaşına və dünyagörüşünə uyğun olmayan videolara baxmaq əsas təhlükələrdən hesab olunur. Əgər bu risklərin və təhlükələrin qarşısı alınmasa, uşaqların dünyagörüşünün formalaşmasında və gələcək həyata baxışlarında ciddi problemlər yarana bilər. Bu təhlükələr tibbi baxımdan da problemlər yaradır. Uşaqlarda telefondan asılılıq yaranması deyilən risklər mövcuddur. Telefondan asılılıq, zərərli videolara, həmçinin yaşa uyğun gəlməyən videolara baxmaq – bütün bunlar uşaqların psixikasında, onların dünyagörüşündə müəyyən fəsadlara yol açır.

– Sosial şəbəkələrdə uşaqlara təhlükəsizliyin təmin edilməsi üçün hansı mexanizmlərdən istifadə etmək lazımdır?

–Dünya təcrübəsinə nəzər saldıqda görürük ki, Avropa İttifaqı ölkələrində, Böyük Britaniyada, Avstraliyada bu sahədə müxtəlif hüquqi və texnoloji modellər tətbiq edilir. Bu modellərin əsas məqsədi uşaqların zərərli məzmuna və yaşlarına uyğun olmayan platformalara çıxışını məhdudlaşdırmaqdır.

Bu istiqamətdə vacib mexanizmlərdən biri effektiv qanunvericiliyin formalaşdırılmasıdır. Rəqəmsal mühit daim dəyişdiyi üçün qanunlar da mütəmadi olaraq yenilənməli, təkmilləşdirilməli və yeni risklərə uyğunlaşdırılmalıdır.

Digər mühüm istiqamət qlobal rəqəmsal platformalarla əməkdaşlıqdır. Dövlətlər platformalara fəaliyyət üçün icazə verərkən onlardan uşaqlar üçün təhlükə yaradan videoların və digər zərərli məzmunun bloklanmasını, eləcə də təhlükəsizlik standartlarına əməl edilməsini tələb etməlidirlər. Qlobal platformaların fəaliyyətinə tam nəzarət etmək çətin olsa da, beynəlxalq əməkdaşlıq və platformalar qarşısında konkret öhdəliklərin qoyulması bu sahədə mühüm rol oynayır.

Valideyn nəzarəti də əsas mexanizmlərdən biridir. Valideynlər uşaqların istifadə etdiyi cihazlara və sosial şəbəkələrdəki fəaliyyətinə nəzarət etmək imkanına malik olmalı, bunun üçün nəzarət alətlərindən istifadə etməlidirlər. Bu, uşaqların zərərli məzmunla qarşılaşma riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Bununla yanaşı, məktəblərdə rəqəmsal təhlükəsizlik və media savadlılığı ilə bağlı maarifləndirici tədbirlərin keçirilməsi vacibdir. Uşaqlar internetdən təhlükəsiz istifadə qaydaları, sosial şəbəkələrdə qarşılaşa biləcəkləri risklər və şəxsi məlumatların qorunması barədə məlumatlandırılmalıdırlar.

Nəticə etibarilə, sosial şəbəkələrdə uşaqların təhlükəsizliyinin təmin edilməsi kompleks yanaşma tələb edir. Bu prosesdə dövlət, qlobal rəqəmsal platformalar, valideynlər və məktəblər birgə məsuliyyət daşıyır. Effektiv qanunvericilik, beynəlxalq əməkdaşlıq, platformaların məsuliyyətinin artırılması, valideyn nəzarəti və maarifləndirmə tədbirləri birlikdə tətbiq olunduqda uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit formalaşdırmaq mümkündür.

– Süni intellekt və texnologiyalar uşaqların informasiya təhlükəsizliyinə necə təsir göstərir?

–Süni intellekt texnologiyaları – burada həm fürsətlər, həm də böyük imkanlar açılır. Biz uşaqları süni intellekt texnologiyalarından tam kənarlaşdıra bilmərik. Bunun müəyyən mənfi təsirləri də var. Əgər nəzərə alsaq ki, bu gün texnosivilizasiya dövrünü yaşayırıq və rəqəmsal çağa qədəm qoymuşuq, belə bir dövrdə onlardan kənar qalmaq və ya onu məhdudlaşdırmaq, uyğun variantlar və nəzarət modelləri taparaq uşaqların süni intellektdən bugünkü ehtiyaclarının ödənilməsi üçün istifadə etmələrini təmin etməkdən daha zərərli olar. Daha çox bilik əldə etmək, informasiya almaq, eyni zamanda, dərslərində və müəyyən çalışmalarında qarşılarına çıxan sualları süni intellektə verib dərhal cavab almaq imkanları var. Düşünürəm ki, bu məsələdə həm risklər var, həm də fürsətlər var.

–Qanunda dəyişikliklər Azərbaycanın informasiya təhlükəsizliyi siyasətində hansı töhfəni verəcək?

–İlk növbədə, rəqəmsal suverenlik tərəfdən baxmaq lazımdır. Bu, çox vacib məsələdir. Biz suverenlik anlayışının o klassik mənada, yəni sərhədlərlə, coğrafi və fiziki məsələlərlə bağlı olduğunu bilirik. Amma rəqəmsal suverenlik daha çox rəqəmsal platformalar üzərindən gələn, o təhlükələrin qarşısının alınması və rəqəmsal təhlükəsizliyin təmin olunması ilə bağlıdır. Düşünürəm ki, rəqəmsal təhlükəsizliyin təmin olunmasında rəqəmsal suverenlik üçün təhdid yaradan kontentlərin – manipulyasiya, dezinformasiya, müəyyən xarici təsirlərin və təzyiqlərin – qarşısı alınmış olar. Bunun üçün data mərkəzlərinin qurulması lazımdır və rəqəmsal infrastruktur qurulmalıdır. İyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi və müvafiq qərarlar qəbul olundu, tövsiyələr verildi. Azərbaycan dövrün tələblərinə və çağırışlarına cavab vermək üçün bu məsələni daim dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi diqqətdə saxlayır.

Azərbaycanın ABŞ və Çinlə süni intellekt sahəsində əməkdaşlıq əlaqələri var. Bu əməkdaşlıq göstərir ki, dövlətimiz süni intellekt və rəqəmsal inkişaf sahəsində dünyada baş verən yenilikləri və inkişaf meyillərini nəzərə alır, onlara uyğun addımlar atır.

Müxbir - Tünzalə Zeyvəliyeva
Videooperator - Mir Rəsul Cəfərov
Uşaqların sosial şəbəkə platformalarında qeydiyyatı qanunvericiliyə uyğun tənzimlənəcək MÜSAHİBƏ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub

Vidadi Rzayev: Qarabağ” son 3 oyunda qol vura bilməsə də, transferləri uğursuz hesab etmirəm

Naxçıvanın ümumtəhsil məktəblərinə 2255 kompüter verilib

ADPU-da 600 bal və yuxarı nəticə göstərən ilk 10 tələbəyə “Uğur” təqaüdü veriləcək

Səbaildə obyektdə yanğın baş verib

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayacaq

Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib

Magistratura təhsili əmək bazarında üstünlük yaradırmı?

Tərtərdə yanğın törədərək iki nəfəri öldürən və cinayəti gizlətməyə çalışan şəxs ifşa edilib

Dayazlaşan Dunay çayında Qədim Roma dövrünə aid körpünün qalıqları üzə çıxıb

Tovuzda pensiya və sosial müavinətlərə dair ictimai dinləmə olacaq

Penitensiar müəssisələrin kitabxana fondları zənginləşdirilib

Kətanda əbədiləşən Azərbaycan sevgisi

“Fitch Ratings” agentliyi İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yenidən “BBB-/stabil” səviyyəsində təsdiqləyib

Ankara Ceyhan limanını “Türkiyə Rotterdamına” çevirməyi planlaşdırır

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Azərbaycan-Ukrayna münasibətləri: Strateji tərəfdaşlığın yeni vizyonu - TƏHLİL

Türk xalqlarının İslamaqədərki fəlsəfi irsi sistemli şəkildə araşdırılıb

Vaşinqton görüşündə Azərbaycanın irəli sürdüyü prinsipial mövqelər aktuallığını qorudu - ŞƏRH

RF Müdafiə Nazirliyi: Rusiya səmasında 200-dən çox dron məhv edilib

Qızılın qiyməti yanvardan bəri ən güclü həftəlik artım nümayiş etdirir

Nazirlik: “Əmək və Məşğulluq” altsistemində hazırda 65 mindən çox aktiv vakansiya var

Rəqəmsal arxeologiya üzrə təlimlər Ağstafa və Gədəbəydə davam edir

Birinci yarımildə "Mobil Notariat”ın üzərindən rəsmiləşdirilən notariat hərəkətlərinin sayı məlum olub

Avropada qaz anbarlarının doluluq nisbəti 2011-ci ildən bəri ən aşağı səviyyədədir

Alimlər: Qlobal istiləşmə düyü məhsuldarlığını azaldır

Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmə

Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək

Yarım ildə KOB evlərində biznes subyektlərinə 234 mindən çox xidmət təqdim olunub

Azərbaycan Avrasiyada mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib- ŞƏRH

İyulda Bakı metrosundan 16 milyondan çox sərnişin istifadə edib

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Kolleclərə qəbul üzrə ixtisas seçimi avqustun 9-dək davam edəcək

Naxçıvanda kanalda batma təhlükəsilə üzləşmiş şəxs xilas edilib

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

21 yaşlı gənc “Yeni Xan qızı" kanalında batıb VİDEO

21 yaşlı gənc “Yeni Xan qızı" kanalında batıb VİDEO

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 2 dəfəyədək artıb

"Azəristiliktəchizat" ASC vətəndaşlara müraciət edib

Bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq

Tailandda məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Yekaterinburqa dron hücumu olub

Buenos-Ayresdə etiraz aksiyası toqquşma ilə nəticələnib

Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Rumıniya hökuməti elektrik enerjisi istehlakını məhdudlaşdırmaq qərarına gəlib

Avropada istidən 25 mindən çox insan ölüb

Britaniya hökuməti “Paramount” ilə “Warner Bros. Discovery”nin birləşməsinə razılıq verib

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır

ÜST legioner xəstəliyinin yayılmasının səbəbini açıqlayıb

Amerikalı astronavtlar quraşdırma işlərindən sonra Beynəlxalq Kosmik Stansiyaya qayıdıblar

Husi silahlıları Səudiyyə Ərəbistanında mülki şəxslərə hücum ediblər

Almaniyanın Aİ ÜDM-dəki payı son 15 ilin ən aşağı səviyyəsinə düşüb

"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb VİDEO

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb VİDEO

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək

Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib

İmişlidə traktorun altında qalan uşaq ölüb

Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub

Tramp müdafiə nazirindən razılıq edib

Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub

Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır

Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb

Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib

Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2

Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

Ceyhun Bayramov Ukrayna Prezidentini Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar barədə məlumatlandırıb

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Misirdə illik inflyasiya iyul ayında 15,6 faizə yüksəlib

Bu saata olan əsas xəbərlər

Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Peşə təhsili sayəsində iki moda evinə rəhbərlik edən modelyer-dərzi: Maliyyə işlərimi özüm həyata keçirirəm

“Google”un məlumat emalı mərkəzi Hindistanda etirazlara və məhkəmə iddialarına səbəb olub

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

“Real Madrid” 125 milyon avroluq transferini açıqlayıb

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Birləşmiş Ştatların sutkalıq neft hasilatı 13,8 milyon bareli ötüb

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

Himayədar ailə mexanizminin tətbiq səviyyəsinin artırılması ilə bağlı araşdırmaya start verilir

Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir

Çin ABŞ-nin sanksiyalarına cavab olaraq dron ixracına məhdudiyyətlər tətbiq edib

ABŞ-nin neft ehtiyatları artıb

Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş olub

Quraqlıq Avropada atom elektrik stansiyalarının fəaliyyətini çətinləşdirir

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Tədqiqat: Depressiya yaddaşa cavabdeh olan beyin nahiyəsinin kiçilməsinə səbəb olur