ÜST: Avropanın 33 ölkəsində COVID –in “Britaniya” ştammı aşkarlanıb
Bakı, 29 yanvar, AZƏRTAC
Hazırda Avropanın 33 ölkəsində ilk dəfə Britaniyada meydana gəlmiş COVID ştammına yoluxma halları qeydə alınıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Klyuge Kopenhagendə keçirilən həftəlik virtual mətbuat konfransında bildirib. O qeyd edib ki, vaksinasiya ümidləri artırır, lakin koronavirusun mutasiyası bir sıra ölkələrdə və ərazilərdə xəstəliyin çoxalmasına səbəb olur.
ÜST nümayəndəsinin sözlərinə görə, vaksinlərin hazırlanması, istehsalı və ədalətli bölgüsü gözlənildiyi qədər sürətlə həll olunmur. Odur ki, epidemioloji standartlara əsaslanan karantin tədbirlərinin tətbiqi və tədricən ləğvi ən yaxşı variant olaraq qalır. “Biz keçmişin dərslərini unutmamalıyıq”, - deyə Hans Klyuge vurğulayıb.
Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, hazırda dünyada koronavirusa 102 milyon 104 mindən çox yoluxma qeydə alınıb, infeksiya səbəbindən ölənlərin sayı 2 milyon 202 min nəfəri ötüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]