Vayra Vike-Freyberqa: Forumun ildən-ilə böyüməsindən məmnunluq duyuruq
Bakı, 9 maty, AZƏRTAC
Mən əvvəldən Qlobal Bakı forumlarında olmuşam. Forumun ildən-ilə böyüməsindən və Prezident İlham Əliyev tərəfindən dəstək almağa davam etməsindən məmnunluq duyuruq.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviya Respublikasının sabiq Prezidenti (1999-2007) Vayra Vike-Freyberqa söyləyib.
Foruma cəlb edilən qonaqların çox yüksək səviyyəli olduğunu vurğulayan Vayra Vike-Freyberqa deyib: “Bu Forum Nobel mükafatı laureatlarını, Birləşmiş Millətlər Təşkilatının və onun törəmə qurumlarının nümayəndələrini, sabiq prezidentləri, Baş nazirləri, müxtəlif ölkələrin nazirlərini və prezidentləri bir araya gətirir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [11:09]
Milli Məclisin növbəti plenar iclası keçirilir
- 30.10.2026 [10:32]
Gürcüstanda Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü olub
- 29.10.2026 [17:30]