CƏMİYYƏT
Vəkillər Kollegiyasının Qərbi azərbaycanlılarla bağlı təklifi dəstəklənib
![](/files/galleryphoto/2023/3/1200x630/17008332045979512680_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/170083320430225773_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1700833204268039282_1200x630.jpg)
Bakı, 24 noyabr, AZƏRTAC
Vəkillər Kollegiyasının Qərbi Azərbaycandan deportasiya edilmiş azərbaycanlıların pozulmuş hüquqları haqqında beynəlxalq hesabatın hazırlanması təklifi dəstəklənib.
Bu barədə AZƏRTAC-a kollegiyanın mətbuat xidmətindən məlumat verilib.
Belə ki, noyabrın 24-də Naxçıvan Muxtar Respublikasında “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin bölmə iclasları davam edib.
Konqresdə “Qərbi Azərbaycana qayıdış” Beynəlxalq Festival-Konqresin Hüquq bölməsində Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru Əmir Əliyev, Vəkillərin İxtisas Komissiyasının sədri, hüquq elmləri doktoru Turqay Hüseynov, hüquq elmləri doktoru, vəkil Mayis Əliyev, hüququ elmləri doktoru, vəkil Sübhan Əliyev iştirak edib.
İclasda Əmir Əliyev “Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri” mövzusunda çıxış edərək Vəkillər Kollegiyasının sədri Anar Bağırovun təşəbbüsü ilə “Qərbi Azərbaycandan deportasiya edilmiş Azərbaycanlıların pozulmuş hüquqları haqqında Kompleks Beynəlxalq Hesabat”ın hazırlanması təklifini irəli sürülüb. Təklif müzakirə olunaraq dəstəklənib. Azərbaycan hüquq cəmiyyətinə müraciət edilərək həmin layihəyə dəstək verilməsi zəruri hesab edilib.
Qərbi Azərbaycana həsr olunan festival və konqres Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycandan olan ziyalılarımızın birgə təşkilatçılığı ilə keçirilir.
Xatırladaq ki, Əmir Əliyev, Turqay Hüseynov və Mayis Əliyev “Qərbi Azərbaycana qayıdış” festival-konqresin ustad dərsləri çərçivəsində hüquqşünaslıq ixtisasının tələbələri üçün mühazirələr deyib.