VENESUELA BOLİVAR RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HUQO RAFAEL ÇAVEZ FRİASA
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı -Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Venesuela arasında yaranmış münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost Venesuela xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 28 iyun 2005-ci il.