Vətən müharibəsi şəhidi Səbuhi İsgəndərlinin ailəsi ziyarət olunub
Bakı, 28 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Şəki şəhərində şəhid Səbuhi Yaşar oğlu İsgəndərlinin ailəsini ziyarət edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı S.İsgəndərlinin vətənpərvərliyindən və keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Vətən uğrunda canını fəda edən hər bir şəhidimizin, o cümlədən Səbuhinin də əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağı vurğulanıb.
V.Behbudov şəhid ailəsinin sosial vəziyyəti ilə maraqlanıb və dövlət tərəfindən sosial dəstək tədbirləri ilə əhatə olunan ailənin bundan sonra da daim diqqətdə saxlanacağını qeyd edib.
Qeyd edək ki, Səbuhi İsgəndərli Zəngilan uğrunda döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə “Zəngilanın azad olunmasına görə”, “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.