Vətən müharibəsi şəhidi Seymur Hüseynoğluya məxsus materiallar muzeyə təqdim edilib
Bakı, 17 fevral, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinə Vətən müharibəsi şəhidi Seymur Hüseynoğlunun şəxsi əşyaları təqdim edilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, şəhid, baş leytenant Seymur Hüseynoğlu 1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. O, Aprel döyüşlərinin iştirakçısı olub. 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində Füzuli, Hadrut, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edir. Oktyabrın 16-da Cəbrayıl uğrunda gedən döyüşlərin birində ağır yaralanır. Qırx bir gün komada qalan S.Hüseynoğlu noyabrın 26-da şəhadətə qovuşur və İkinci Fəxri xiyabanda torpağa tapşırılır.