“VƏTƏN SƏRHƏDİNİN KEŞİYİNDƏ” MÖVZUSUNDA MÜSABİQƏ-SƏRGİ AÇILMIŞDIR
Dövlət Sərhəd Xidmətinin və Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçirilən müsabiqə-sərgiyə 26 rəssamın plakat və qrafika janrlarında 40-a yaxın əsəri təqdim olunmuşdur. Qaliblər iki nominasiya üzrə müəyyənləşdiriləcəkdir.
Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor İlham Mehdiyev, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov və başqaları açılış mərasimində çıxış edərək, rəssamlarımız arasında bu mövzuya diqqətin cəlb olunmasında, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində belə tədbirlərin əhəmiyyətini vurğulamışlar.
Qaliblərə mükafatlar Sərhəd Qoşunlarının yubileyi günündə təqdim olunacaqdır.
Müsabiqə-sərgi avqustun 10-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:49]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [17:53]
Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir
- 03.10.2026 [17:09]
Geniş təfəkkürün ensiklopedik elmi baxışları
- 03.10.2026 [16:31]