Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətəndaşlar Prezidentə yazırlar: Sizə daim inanırıq, güvənirik və yürütdüyünüz siyasəti dəstəkləyirik

Vətəndaşlar Prezidentə yazırlar: Sizə daim inanırıq, güvənirik və yürütdüyünüz siyasəti dəstəkləyirik

Bakı, 23 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlarımız tərəfindən çoxsaylı minnətdarlıq məktubları ünvanlanır.

AZƏRTAC Prezident saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Yardımlı rayonundan Elməddin Məmmədli yazır: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, yaşadığımız dünyanın indiki ağır vəziyyətində xalqımıza, Vətənimizə və biz gənclərə göstərdiyiniz maddi və mənəvi dəstəyinizə görə Sizə təşəkkür edirəm. Bir gənc olaraq tam gücümüzlə dövlətimizin və ordumuzun yanındayıq. Biz savaş əmrinizi səbirsizliklə gözləyirik. İnşallah, zəfər bizimdir! Biz Azərbaycanı sevirik, dövlətimizi dəstəkləyirik, Vətənimizin əsgəriyik. Qələbə bizimdir, haqq bizim tərəfdədir. Birlikdə düşmənə layiqincə cavab verəcəyik. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Ordumuzun gücünü bütün dünya bilir. Vətəni qorumaq, dövlətçiliyimiz üçün mübarizə aparmaq bizim borcumuzdur”.

Bakı şəhərinin Sabunçu rayonundan Əsəd Əhmədov: “Hörmətli cənab Prezident, xalqımız Sizə arxalanır, hamımız Sizinləyik. Əminik ki, Sizin sayənizdə Qarabağı da azad edəcəyik. Uca Yaradan bütün işlərinizdə köməyiniz olsun, Sizi bu xalqa çox görməsin. Siz xalq üçün gördüyünüz işlərlə adınızı artıq tarixə yazdırmısınız. Xalqın igid oğlu, dualarımız Sizinlədir. Ulu öndərimiz Heydər Əliyevin başladığı yolu uğurla davam etdirməklə Azərbaycanı dünyaya tanıtdınız, ölkəmizi gözəlləşdirdiniz. Sizin sayənizdə üçrəngli bayrağımız Qarabağda dalğalanacaq, həmin bölgələr də inkişaf edəcək, Azərbaycanın bir parçası kimi dünyada tanınacaq. Uca Yaradan bu Qələbəni qazanmaqda, başladığınız işləri başa çatdırmaqda Sizə kömək olsun. Allah Sizi qorusun, cənab Prezident!”.

Abşeron rayonunun Xırdalan şəhərindən Ceyran Pirəliyeva, Zenfira Pirəliyeva və Veydəddin Pirəliyev yazırlar: “Hörmətli cənab Prezident, Sizin Azərbaycana rəhbərlik etdiyiniz dövrdə ölkəmiz bütün sahələrdə tərəqqi edib və bu gün də inamla irəliləyir. Əsrlərboyu böyük tarixi və mədəni inkişaf yolu keçən qədim Azərbaycanın beynəlxalq aləmdə qazandığı etibar, söz sahibinə çevrilməsi, nəhəng dövlətlər arasında yüksək nüfuza malik olması Sizin dahiyanə təfəkkürünüz və böyük zəhmətinizin məntiqi nəticəsi kimi qəbul olunur. Bütün dünyanı cənginə alan COVID-19 virusunun ölkəmizdə qarşısının alınması ilə bağlı gördüyünüz tədbirlər vətəndaş olaraq bizi olduqca sevindirir və bundan qürur hissi duyuruq. Xüsusən də karantin dövrü ərzində vətəndaşlara göstərilən maddi və sosial yardımlar, maska istehsalı müəssisəsinin, modul tipli xəstəxanaların sürətli şəkildə istifadəyə verilməsi, yeni laboratoriyaların təcili olaraq alınıb ölkəmizə gətirilməsi və quraşdırılması təqdirəlayiq haldır. Biz ölkəmizdə bu virusa qarşı mübarizədə başda Siz olmaqla fəal iştirak edən hər bir kəsə, əsasən də tibb işçilərinə təşəkkürümüzü bildiririk. Bizim ailə üzvlərimiz bu günlərdə M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə aldıq, evimizə yüksək əhval-ruhiyyə ilə qayıtdıq. Xəstəxanada bizə yüksək səviyyədə tibbi xidmət göstərildi. Tibbimizin belə inkişafı bizi fərəhləndirdi. Sonda böyük fəxr ilə qeyd etmək istəyirik ki, Azərbaycan Sizin rəhbərliyinizlə daha böyük nailiyyətlərə imza atacaq, tibb sahəsində yüksək uğurlar əldə edəcəkdir. Ölkəmizin inkişafı uğrunda apardığınız hər bir işdə Sizə uğurlar və cansağlığı arzulayırıq”.

Lənkəran rayonunun Boladi kəndinin sakini Elnarə Miriyevanın məktubunda deyilir: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan dövlət sərhədində atəşkəsi pozması bizi necə narahat etdirmişdisə, güclü və rəşadətli ordumuzun, qəhrəman oğullarımızın düşməni cavab atəşi ilə susdurması bir o qədər fərəhləndirdi. Biz tələbələr Sizə daim inanırıq, güvənirik və yürütdüyünüz siyasəti dəstəkləyirik. Ölkəmizin ərazi bütövlüyünü hər zaman qoruya bilən güclü, sarsılmaz, qüdrətli və rəşadətli ordumuz var. Siz isə xalqın dayağı, onun xoşbəxt gələcəyinin etibarlı qarantısınız. Allah Sizi qorusun, cənab Prezident!”.

Ağcabədi şəhərindən Pərviz Quliyev: “Möhtərəm cənab Prezident, Azərbaycan xalqı hər zaman erməni təxribatlarının şahidi olmuşdur. Mənfur düşmən bu gün də təxribatlarını davam etdirməkdədir. Ordumuzun sərrast atışları ilə susdurulan düşmən çoxlu sayda itki verməklə yanaşı, həm də əhəmiyyətli obyektlərini, texnikalarını itirmiş oldu və həmişəki kimi, digər dövlətlərdən, qurumlardan imdad diləməyə başladı. Budur, Azərbaycan Ordusunun qüdrəti. Məhz bu ordunun qüdrətinə əmin olan xalq Sizə və Sizin siyasətinizə güvənir. Sizə güvənən xalq - gənclər meydanlara axın edərək, həm dövlətə inamını, həm də orduya dəstəyini ifadə etdi. İnşallah, Sizin və ordumuzun sayəsində tezliklə bayrağımızı Qarabağda dalğalandıracağıq”.

Tovuz rayonunun Əyyublu kəndindən Abbas Abbasov: “Hörmətli cənab Prezident, respublikamızda şəhərlərin, kəndlərin, onlarla birlikdə isə bütünlükdə ölkəmizin inkişafı, gözəlləşməsi təsadüfi deyil. Bu yüksəliş Sizin gecə-gündüz çalışmağınızın, düzgün siyasət yürütməyinizin bəhrəsidir. Koronavirus pandemiyasının dünyanı cənginə aldığı bir vaxtda Əyyublu kəndində daxili yolların asfaltlanması bütün sakinlərin sevincinə səbəb oldu. Hamımız bilirik ki, inkişaf yoldan başlayır. Son illər Tovuz rayonunda yolların təmiri ilə bağlı xeyli iş görülüb. İndi kəndimizin yolları göz oxşamaqla yanaşı, sakinlərin rahatlığına xidmət edir. Cənab Prezident, kəndimizin bütün sakinləri, o cümlədən ziyalıları adından Sizə dərin təşəkkürümüzü bildirir, uğurlar arzulayırıq”.

Bakı şəhərinin Yasamal rayonundan Eyyub Heydərov: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, ulu öndərimiz Heydər Əliyevin və Sizin sayənizdə bu gün dünyanın önəmli enerji layihələrində Azərbaycanın rolu həlledicidir. Beynəlxalq güclərin Azərbaycanın iqtisadi və siyasi qüdrətini qəbul etməsinə və onunla hesablaşmasına dözməyən Ermənistan sərhədlərimizdə təxribata cəhd etsə də, şanlı ordumuzun layiqli cavabını aldı. Mən sovet ordusu sıralarında Uzaq Şərqdə xidmət etmişəm, hazırda ehtiyatda olan zabitəm. Hərbi taktikanın təşkili sahəsində bilik və təcrübələrimi bölüşmək, təmənnasız olaraq ordumuza xidmət etmək istəyirəm. Vətən yolunda şəhid olmaq hamımız üçün uca zirvədir. Mübariz İbrahimov və digər qəhrəmanlarımızın yüksəldiyi zirvəyə qalxmaq, xalq məhəbbətini qazanmaq, şəhidlərimizin qisasını almaq arzularımın həyata keçməsi üçün müharibə zonasına - ön cəbhəyə getmək barədə əmrinizə hazıram. Allah Sizi və ordumuzu qorusun! Zəfər bizimlədir!”.

Quba rayonunun Rustov kəndindən Ağalar Bayramov: “Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə müstəqil Azərbaycan Respublikası indiki inkişaf səviyyəsinə çatmış və dünya birliyində layiqli yer tutmuşdur. Ölkəmizdə aparılan quruculuq və abadlıq işləri bütün sahələrdə hiss olunur. Son illərdə kadr islahatı sahəsində yürütdüyünüz siyasət də vətəndaşlarımız tərəfindən böyük sevinclə qarşılanır. İdarəetmənin etibarlı əllərdə olması xalqın dövlətə inamını daha da möhkəmləndirir və cəmiyyətin inkişafını sürətləndirir. Hörmətli cənab Prezident, son iki ildə Qubada aparılan genişmiqyaslı tikinti, quruculuq-abadlıq işləri, sosial sahədə yaranan canlanma məhz Sizin adınızla bağlıdır. Kənd məktəbimizin tam orta məktəbə çevrilməsi, sel sularının kəndarası körpülərə vurduğu ziyanın aradan qaldırılması sakinlərimizin böyük sevincinə səbəb oldu. Mənim 75 yaşım var. Qubanın inkişafını, kəndimizin çiçəklənməsini gördükcə ürəyim fərəhlənir. Bu işlərə böyük əmək sərf etdiyinizə görə Sizə "Çox sağ olun!", "Var olun!" deyirəm, cənab Prezident!”.

Lerik rayonundan Hatəm Əliyev: “Hörmətli cənab Prezident, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törədilən təxribatda düşmən ölkə qarşıya qoyduğu heç bir məqsədə nail ola bilmədi. Azərbaycan Ordusu nəinki düşmənin hücumunun qarşısını aldı, onların silahlı qüvvələrinə layiqli zərbə də endirdi. Sərhədlərimizin toxunulmazlığı, mülki əhalinin qorunması təmin olundu. Bu anlar bizə qürur yaşatdı. Ermənilər bir daha başa düşdü ki, hər bir təxribatın qarşısı belə qətiyyətlə alınacaq. Çünki Azərbaycanda dövlət-xalq birliyi, Prezidentə böyük dəstək, sevgi var. Cənab Prezident, Sizinlə və şanlı ordumuzla fəxr edir, Sizə inanır və güvənirik”.

Bakı şəhərinin Nərimanov rayonundan Lətif İsmayılov: “Hörmətli cənab Prezident, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq və ictimaiyyət tamamilə Azərbaycanın tərəfindədir. Bu, Sizin illərdən bəri Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün gördüyünüz böyük işlərin nəticəsidir. Azərbaycanın inkişafı, nüfuzunun gündən-günə artması mənfur qonşularımızı narahat etməyə bilməz. Buna görə də Ermənistan hüquqi yollardan deyil, təxribatdan istifadə edir. Ölkəmiz müstəqillik qazandığı vaxtdan sülh yolunun tərəfdarı olsa da, Sizin Qarabağ məsələsində qətiyyətli mövqeyiniz var və bu mövqe xalqın iradəsini ifadə edir. Mən ehtiyatda olan zabitəm. Hərbi anda sədaqətimi bildirərək bu günlərdə cəbhə bölgəsində olan əsgər və zabitlərlə çiyin-çiyinə durmaq üçün döyüş bölgəsinə getməyə hazıram”.

Ağcabədi rayonundan Göyçək Qasımova: “Cənab Ali Baş Komandan, Qələbə ovqatlı çağırışlarınızı, torpaqlarımızın azad olunması istiqamətində apardığınız siyasəti qəlbən dəstəkləyir və bu yolda səfərbər olub döyüşə getməyə hazır olduğumu bildirirəm. Əminəm ki, Sizin məqsədyönlü siyasətiniz xalqımızı uğura, zəfərə aparacaqdır”.

Qazax rayonundan Arif Camalov: “Hörmətli cənab Prezident, mən bir Azərbaycan vətəndaşıyam. Bütün dünyanı bürüyən koronavirus ölkəmizdən də yan keçməmişdir. Məhz Sizin uzaqgörən siyasətiniz, qətiyyətli addımlarınız nəticəsində ölkəmiz bu bəla ilə mübarizədə digər ölkələrə nisbətən az itki vermişdir. Cənab Prezident, Qarabağ müharibəsi veteranı kimi Sizin xalqımızın rifahı, ölkəmizin inkişafı naminə gördüyünüz işlərə görə minnətdarlığımı bildirirəm. Bu çətin dövrdə Sizə möhkəm cansağlığı və işlərinizdə böyük uğurlar arzulayıram. Xüsusi karantin rejimində vergi ödəyicilərinə verilən müavinətlər bir daha dövlətin hər zaman vətəndaşının yanında olduğunu göstərir”.

Bakı şəhərindən Vüsal Baloğlanov: “Möhtərəm cənab Prezident, mən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olaraq son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərlə bağlı gənclərə göstərdiyiniz dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm. Biz gənclər hər zaman Sizin ətrafınızda sıx birləşərək doğma torpaqlarımızı qorumağa hazırıq”.

Yardımlı rayonundan Anar Alışov: “Hörmətli cənab Prezident, Sizin ölkəmizdə apardığınız uzaqgörən siyasət nəticəsində Azərbaycanda güclü dövlət və qüdrətli ordu yaranmışdır. Məhz bu gün biz bu ordu ilə Sizin rəhbərliyiniz altında düşmənə layiqli cavab veririk. Biz - Yeni Azərbaycan Partiyasının gənc üzvləri torpaqlarımızın azadlığı uğrunda döyüşmək üçün Sizin əmrinizi gözləyirik. Biz gənclər daim öz dövlətimizin yanındayıq. Biz birlikdə güclüyük!”.

Samux rayonundan Tural Məhərrəmli: “Hörmətli cənab Prezident, Mübarizlər, Fəridlər yetişdirmiş ölkəmizdə Sizin əmrinizi gözləyən, arxanızda dayanan milyonlarla igidimiz var. Biz bir ölsək də, milyon doğularıq. Cənab Ali Baş Komandan, əsgər Məhərrəmli Tural Elşad oğlu Sizin əmrinizi gözləyir və iradənizə inanır”.

Samux rayonundan Anar Əhmədov: “Hörmətli cənab prezident, xalqımız ordumuzun dayağı, ordumuz müstəqilliyimizin qarantıdır. Mən fəxr edirəm ki, Azərbaycanın güclü ordusu var. Cənab Ali Baş Komandan, qəhrəman ordumuz düşmənə bir daha öz gücünü göstərdi. Düşmən təxribatının qarşısı şanlı ordumuz tərəfindən qətiyyətlə alındı. Güclü ordunun güclü əsgəri olaraq döyüşməyə, qələbə qazanmağa hazırıq. Hər birimiz o günü səbirsizliklə gözləyirik. Cənab Ali Baş Komandan, Sizin döyüşə əmrinizlə torpaqlarımızı qısa müddətdə düşməndən azad etməyə hazırıq”.

Ağcabədi rayonundan Samir Muradov: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, son bir neçə gündə cəbhə xəttində baş verən hadisələrdən, ordumuzun düşmənə verdiyi layiqli cavabdan sonra Azərbaycandakı xalq-iqtidar bir daha öz təsdiqini tapdı. Biz bir xalq olaraq hər zaman Sizin yanınızdayıq. Mən də bir vətəndaş olaraq, eyni zamanda, Yeni Azərbaycan Partiyasının könüllüsü, fəalı kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək orduda könüllü xidmət etmək üçün qeydiyyatdan keçmişəm. Könüllü olaraq Vətənimə və ordumuza əlimdən gələn hər bir dəstəyi verməyə hazıram. Vətənimizi qorumaq hər birimizin borcudur. Hər şey Vətən üçün! Hər birimiz əsgərik. Biz birlikdə güclüyük”.

Ağcabədi şəhərindən Rəna Abdullayeva: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, mən yürütdüyünüz siyasət, uzaqgörənliyiniz və qətiyyətiniz ilə fəxr edirəm. Bu günlərdə qəhrəman Azərbaycan Ordusu erməni təxribatına layiqli cavab verərək, düşmənə sarsıdıcı zərbələr vurmuşdur. Qüdrətli ordumuz Aprel qələbəmizdə olduğu kimi, düşmənin bu təxribatının da qarşısını layiqincə almış və şəhidlərimizin qanını yerdə qoymamışdır. Cənab Prezident, fəxrlə deyə bilərik ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan milli dövlətçiliyimizin bu gün bütün sahələrdə Sizin tərəfinizdən uğurla davam etdirilməsi bizdə böyük fərəh və qürur hissi yaradır. Bir daha Sizə minnətdarlığımı bildirirəm”.

Beyləqan rayonunun Birinci Aşıqlı kəndindən Şahlar Aslanov: “Hörmətli cənab Prezident, tariximizin hansı səhifəsini vərəqləsək, orada igid babalarımızın qəhrəmanlıqlarının izinə rast gəlirik. Çünki yaşadığımız torpağı qorumaq üçün Vətən uğrunda mübarizə əsas şərtdir. Bu gün zaman bizdən Vətənə məhəbbəti sözdə deyil, əməldə tələb edir. Cənab Prezident, Siz bu sevgini gündəlik işinizdə, çəkdiyiniz zəhmətdə, qətiyyətli fəaliyyətinizdə nümayiş etdirirsiniz. Mən ehtiyatda olan zabit kimi döyüş bölgəsinə yollanaraq Vətən qarşısındakı borcumu yerinə yetirməklə yanaşı, Sizə sədaqətimi də göstərmək, şəhidlərimizin qisasını almaq istəyirəm. Mübarizənizdə daim Sizinləyik!”.

Şəmkir rayonundan Rəsul İbrahimov: “Hörmətli cənab Prezident, bu gün milli qürur hissi bütün dünyadakı azərbaycanlıları birləşdirib. Biz hamımız Sizin çağırışlarınızın, ideyalarınızın ətrafında birləşib bir amala doğru irəliləyirik. Mənim 86 yaşım var. Yaşımın ahıl çağı olsa da, əsgərlərimiz Koroğlunun dəliləri kimi xain düşmənə zərbə endirəndə mən də onların yanında olmaq istəyirəm. Allah Sizə və əsgərlərimizə güc-qüvvət, ölkəmizə əmin-amanlıq, Qarabağımıza azadlıq qismət eləsin!”.

Quba rayonunun Buduq kəndindən Yaqub Həsənov: “Hörmətli cənab Prezident, Babadağın ətəyində yerləşən kəndimizi Quba şəhəri ilə 60 kilometrlik məsafə ayırır. Onun 15 kilometri dağlıq ərazidir. Əvvəllər bəzən həftələrlə rayon mərkəzinə gediş- gəliş kəsilirdi. Bu yaxınlarda yaşadığımız kəndə yeni yol çəkildi. Artıq kəndimizin sakinləri rayon mərkəzinə rahat gedir, kənd təsərrüfatı məhsullarını vaxtında çatdıra bilirlər. Ulu öndər Heydər Əliyev yolu təkcə mədəniyyət və iqtisadiyyat amili kimi deyil, həm də bütünlüklə həyat mənbəyi hesab edirdi. Biz də bilirik ki, bu yolun çəkilməsi ilə kəndimiz inkişaf edəcək, sakinlərin iqtisadi vəziyyəti daha da yaxşılaşacaq. Sizə minnətdarıq, cənab Prezident!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır