Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətəndən uzaqda Şuşa həsrəti

Vaşinqton, 8 may (AZƏRTAC). Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan tərəfindən zəbt edilməsindən 19 il ötür. 1992-ci il mayın 8-nə keçən gecə erməni hərbi qüvvələri Şuşa şəhərinin işğalı ilə başa çatan əməliyyat həyata keçirərək, şəhəri kütləvi artilleriya atəşinə tutmuş, daha sonra isə üç istiqamətdən hücuma keçmişdilər. Hücum Rusiyanın ermənilərə verdiyi 366-cı motoatıcı alayının 40 zirehli texnikasının dəstəyi ilə həyata keçirilmişdi.

ABŞ-da yaşayan azərbaycanlılar Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 19-cu ildönümü ilə bağlı yenidən xüsusi məlumatlandırma kampaniyası keçirmişlər. Artıq dördüncü ildir ki, diasporumuzun üzvləri yaşadıqları ştatları ABŞ Konqresində təmsil edən nümayəndələrə, federal və yerli hökumətin bütün qollarına, kütləvi media vasitələrinə yüzlərlə məktub göndərərək Şuşanın işğalı günü ərəfəsində Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən zəbt edilməsi və işğal olunmuş ərazilərdə Azərbaycan mənşəli əhaliyə qarşı etnik təmizləmə siyasəti aparılması faktlarını göstərirlər. Soydaşlarımız Şuşa şəhərinin tarixən Azərbaycanın siyasi, iqtisadi və mədəniyyət mərkəzlərindən biri olması ilə yanaşı, xalqımızın azadlıq və istiqlaliyyət rəmzi, mədəniyyət beşiyi, bütün Qafqaz bölgəsinin “konservatoriyası” adlandırıldığını da diqqətə çatdırırlar. Belə məktublardan biri bu il Konnektikut ştatının yerli qəzetində çap edilmişdir. Merilend ştatının senatoru Barbara Mikulski isə Azərbaycan mənşəli seçicilərinə BMT-nin Azərbaycanla bağlı qətnamələri barədə onu məlumatlandırdıqlarına görə minnətdarlığını bildirmişdir. ABŞ Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru Adil Bağırovun AZƏRTAC-a bildirdiyinə görə, eyniməzmunlu məktub kampaniyası Laçının işğalı günü - mayın 18-i tarixi ilə əlaqədar başlanmışdır. Ümumiyyətlə, Amerika azərbaycanlıları Ermənistan tərəfindən işğal edilən Azərbaycan Respublikasının suveren torpaqlarının hər bölgəsinə dair kampaniya keçirir. O demişdir: “Hər kampaniya ilə Amerika hökumət strukturları və ictimaiyyəti arasında Azərbaycan torpaqlarının Ermənistan tərəfindən qanunsuz işğalı barədə məlumatı bir az da artırırıq. Şəbəkə üzvlərinin müraciətləri çoxsaylı qəzetlərdə nəşr olunur, konqresmen və senatorların diqqətini cəlb edir. Amerika azərbaycanlıları ABŞ hökumətindən BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinin həyata keçirilməsi, erməni işğalının dayandırılması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin evlərinə qaytarılması, Naxçıvanın blokadasının aradan götürülməsi, münaqişə zamanı əsir götürülən və itkin düşən azərbaycanlıların qaytarılması, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etməyə çağırırlar. Mayın 8-i dünyada yaşayan 40 milyon azərbaycanlı kimi ABŞ azərbaycanlıları üçün də kədərli gündür. Tək Azərbaycan xalqı deyil, bütün dünya Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı kimi tanıyır. Mədəni və musiqi irsimizin formalaşmasında neçə-neçə Şuşa yetirmələrinin böyük rolu var. Amerikada yaşayan hər bir azərbaycanlı Vətəndən uzaqda milli musiqiyə qulaq asdığı hər an Şuşanı xatırlamaya bilməz”.

Vaşinqtonda fəaliyyət göstərən ABŞ-ın Qarabağ Fondu mayın 8-i ərəfəsində Şuşa şəhərinin irsini Amerika ictimaiyyətinə çatdırmaq məqsədi ilə bir sıra layihələr həyata keçirmişdir. Bunlardan biri, hələ mart ayında nəşr edilən təqvimdir. “Qarabağ: Keçmişə və Gələcəyə Baxış” adlanan bu təqvim Azərbaycanın Qarabağ bölgəsinin keçmişini və özünəməxsus ruhunu ifadə edir. Təqvimin səhifələrində Şuşanın mühüm tarixi memarlıq abidələri əks etdirilir. O cümlədən, Gəncə Qapısı, Qırx pilləkən, Aşağı Gövhər Ağa Məscidi, İbrahim xanın qızı şairə Ağabəyim Ağanın qalası, Qarabağ xalçaları, Üzeyir Hacıbəyli, Seyid Şuşinskinin şəkilləri burada yer tapmışdır. Fond tərəfindən seçilmiş bu mövzular Qarabağın Azərbaycan mədəniyyətində əhəmiyyətli yer tutduğunu aydın nümayiş etdirir. Digər layihə üzrə ABŞ-da Şuşanın irsini və əsrarəngiz təbiətini əks etdirən altı poçt markası buraxılmışdır. Qarabağ Fondunun Vaşinqtondakı yerli radio dalğasında efirə çıxan “Azərbaycan Radio Saatı” - proqramının 8 may buraxılışı Şuşanın işğalı, şəhərin Azərbaycan mədəni irsində yeri və BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qərarlarına həsr edilmişdir.

Şuşanın işğalı gününü təqvimdə 19-cu dəfə vərəqləyənlərdən biri də gənc həmvətənimiz Pənah İbrahimovdur. ABŞ paytaxtında Qarabağa dair keçirilən müzakirələrdə, aksiyalarda tez-tez iştirak edən Pənah ailəsi ilə birlikdə Şuşanı tərk edəndə cəmi 7 yaşı var idi. Vətəndən uzaqda Şuşa həsrəti, doğma yurdunun son xatirələri ilə bağlı Pənah İbrahimov AZƏRTAC-a bunları demişdir:

“Ən son xatirələrim şəhərdə olan təhlükəli vəziyyətlə bağlıdır. Demək olar ki, hər gün Şuşaya hücum olurdu, mərmilər yağdırılırdı. Yadımdadır, atam hamıya evin aşağı mərtəbəsində qalmağı və divarlara yaxın durmağı tapşırırdı, küçəyə çıxmağa, xüsusilə də gündüz vaxtı çöldə olmağa qoymurdu. Müəyyən vaxtdan sonra bunlar artıq qorxulu gəlmirdi, çünki hamı belə şəraitə alışmışdı. Bir gün səhər ayılanda atamın anama bizdən bir az aralıda yerləşən qohumlarımızın evinə mərmi düşdüyünü söyləməsini eşitdim. Həmin vaxt qərara aldıq ki, təhlükəsizlik üçün şəhəri müvəqqəti tərk edək. Əvvəl Bərdədə olan qohumlarımızın evinə, oradan isə Bakıya getdik. Amma, atam ondan sonra hələ neçə dəfə Şuşaya gedib-gəlirdi. Çünki baş verənləri öz gözləri ilə görmək istəyirdi. Hamımız inanırdıq ki, bunlar müvəqqəti hadisələrdir və biz, tezliklə evə dönəcəyik. Lakin, təəssüf ki, 19 il üstündən keçəndən sonra, hələ də dönməmişik. Mən oxumağa Şuşa məktəbində başlamışdım. Amma, heç əlifbanı belə bitirməyə imkanımız olmadı. Məktəbdə də müəllimlərimiz bizə ehtiyatlı olmağı, valideynlərimiz gələnə qədər çölə çıxmamağı tapşırırdılar. Bu gün, həqiqətən də, hamımız üçün kədərli bir gündür. Şuşa barədə Amerikadakı dost-tanışlarıma danışıram bacardığım qədər. Orada bitən qeyri-adi Xarı-bülbül gülü haqqında, gözəl təbiəti, bulaqları, bölgənin hər yerindən dərdlərinə dərman tapmaq üçün Turşsu, İsa Bulağı, Daşaltı və Cıdır Düzünə gələn turistlərdən danışıram. Deyirəm ki, Şuşanın iqlimini Davosa bənzədirdilər. Hava həmişə gözəl və sabit keçirdi. Biz, Şuşaya mütləq qayıdacağıq. Əlbəttə, heç kim müharibə istəmir. Ona görə də, Azərbaycan Prezidenti İlham Əliyev münaqişəni dinc yolla həll etmək istiqamətində gərgin işləyir. Lakin o, nə vaxtsa desə ki, “biz Şuşanı geri almalıyıq” mən bir an belə burada qalmayaraq geri dönəcəyəm. Onun çağırışına hay verib, doğma torpaqlarımızı azad etməyə gedəcəyəm. Şuşa mənim Vətənim, gələcək nəsillərə ötürməli olduğumuz milli mənəviyyatımızın vacib bir hissəsidir”.

Şəfəq Akifqızı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi

Rusiyalı professor: XIV Beynəlxalq Altay topluluqları simpoziumu Türk dünyası üçün çox vacibdir

Neftin qiymətinin 200 dollara çatması mümkündür

Kürşad Zorlu: Türkiyənin təhsil müəssisələrində Türk dünyasının ortaq dəyərləri tədris ediləcək

Şəhid övladları üçün təşkil olunan “Bir dastan, bir nəsil” layihəsi yekunlaşıb

İqlim maliyyəsinin səfərbər edilməsi mövzusunda dəyirmi masa keçirilib

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlanır

ABŞ-İran hərbi toqquşmaları, iqtisadi nəticələr – Analitik icmal

Yeni aqrar siyasət iqlim və geosiyasi çağırışlara çevik reaksiyanı nəzərdə tutur - ŞƏRH

Zəhra Zümrüd Səlcuq: Azərbaycan İƏT məkanında diasporla iş sahəsində aparıcı aktorlardan biridir

Dmitri Mariyasin: “İqlim fəaliyyəti üçün su” təşəbbüsü son dərəcə zəruri platformadır

BSU beş ölkədən olan müəllim, tələbə və şagirdləri bir araya gətirib

Dunay çayının Budapeştdən keçən hissəsində suyun səviyyəsi tarixi minimuma enib

Maykl Kerrik: “Sabah” çox hazırlıqlı və özünəməxsus oyun üslubu olan komandadır

“Sinxua”: Azərbaycan dünyanın ən iri fındıq istehsalçıları və ixracatçılarından biridir

Prezidentin nümayəndəsi: Sudan səmərəli istifadəni təkmilləşdirməliyik

Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib

ADPU-nun rektoru: Kimliyini qoru, ana dilində düşün və yarat, rəqəmsal dünyanı idarə et

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində özəl sektorun iqlim fəaliyyətində rolu müzakirə olunub

Asiya ölkələrinin liman rəhbərləri, nəqliyyat və logistika sahəsinin nümayəndələri Bakıya toplaşıb VİDEO

Asiya ölkələrinin liman rəhbərləri, nəqliyyat və logistika sahəsinin nümayəndələri Bakıya toplaşıb VİDEO

Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib

İraq OPEC üzrə istehsal kvotasının artırılmasını tələb edir

Türkiyənin Atatürk Universiteti öz süni intellekt sistemini yaradıb

Ekspert: Süni intellekt kənd təsərrüfatında iqlim risklərini əvvəlcədən görməyə imkan verir

AQTA heyvandarlıq sahəsində fəaliyyət göstərən fermerlərə və sahibkarlara çağırış edib

Xocavənddə "Sülh aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib

“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib

Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB

Gömrükçülər külli miqdarda metamfetamin aşkarlayıblar

Yaşıl İqlim Fondu inkişaf etməkdə olan ölkələrə 20 milyard ABŞ dolları məbləğində vəsait ayıracaq

Gömrük Komitəsinin sədri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Vaxtanq Çaraia: Orta Dəhliz və TRIPP Azərbaycan ilə Gürcüstanın mühüm tərəfdaşlara çevrilməsinə şərait yaradacaq

® ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib

Azərbaycanın 16 cüdoçusu Budapeştdəki “Böyük Dəbilqə” turnirində mübarizə aparacaq

“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır

® “Birbank Taksit” kartı sentyabrda daha çox qazandırır: 3 faiz əlavə bonus

Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb VİDEO

Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb VİDEO

BMU-ya yeni qəbul olunan tələbələrlə tanışlıq görüşlərinə başlanılıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub YENİLƏNİB VİDEO

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub YENİLƏNİB VİDEO

bp ölkədə enerji səmərəliliyi üzrə mütəxəssis potensialının inkişafına dəstək olur

Şahzadə Uilyam Norveç Kralı V Haraldın dəfn mərasimində iştirak edir

“Özbək xalq nağılları” kitabı işıq üzü görüb

Memarlıq və İnşaat Universitetinə yüksək balla qəbul olunan tələbələrlə görüş olub

Britaniyada yüzlərlə aviareys ləğv edilib

Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası

“Bakı İqlim və Sülh üzrə Fəaliyyət Platforması” çərçivəsində 3 ölkə ilə birgə işçi qrupları yaradılıb

Müəllim: Şagirdlər oxumağı dayandırmayıb, sadəcə məlumat əldə etmə üsulları dəyişib

Hikmət Quliyev: Türkoloji Qurultayın 100 illiyi elmi əlaqələri gücləndirir

“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb

Yalçın Rəfiyev: İqlim dəyişikliyi qlobal sülh və təhlükəsizlik üçün ciddi təhdidə çevrilib

Dövlət satınalmalarında iştirak edən təchizatçı şirkətlər üçün təlim baş tutub

Almaniyanın müdafiə naziri: Müdafiə xərclərinin təxminən yarısı yeni texnologiyalara yönəldilib

Elnur Soltanov: Enerji keçidində özəl sektorun iştirakı vacibdir

Maldiv rəsmisi: İqlim dayanıqlılığı sülhə qoyulan investisiyadır

BDU-nun biotexnologiya ixtisasını seçən tələbə: Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm

Nazir müavini: Enerji keçidi dünyanın siyasi-iqtisadi mənzərəsini dəyişəcək əsas proseslərdəndir

Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov

Azərbaycan paraüzgüçüləri Avropa çempionatında növbəti dəfə finala yüksəliblər

CECECO: Enerji keçidi yalnız texnologiyalar, infrastruktur və investisiyalarla bağlı deyil

Gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə qrant müsabiqəsi elan ediləcək

Professor Amin İsmayılovun fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

“Azərbaycan Dəmir Yolları” Çin limanları ilə Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirir

“Kəpəz”in kapitanı məşq zamanı zədələnib

Muxtar Babayev: Əsas prioritet beynəlxalq öhdəlikləri praktik və ölkələrin özlərinin rəhbərlik etdiyi fəaliyyətə çevirməkdir

Elmir Babayev: “Kəndə gəl” yay düşərgəsi gənc alimlərin inkişafı üçün mühüm platforma oldu

Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 10,3 faiz artıb

Məktəblərdə yeni tədris ilinin prioritetləri müəyyənləşdirilir

Aleksandr Yakovleviç Şarovski

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb

Ersin Ayvaz: Ağdamda dövlətin gücünü, insanların birliyini və sevgisini gördük VİDEO

Ersin Ayvaz: Ağdamda dövlətin gücünü, insanların birliyini və sevgisini gördük VİDEO

Təhsil eksperti: Təhsilin müdafiəsi yalnız bir gün deyil, daim diqqətdə saxlanılmalıdır

Türkiyəli din xadimi: Ağdamdakı məzarlıqda gördüklərimiz bizi çox sarsıtdı VİDEO

Türkiyəli din xadimi: Ağdamdakı məzarlıqda gördüklərimiz bizi çox sarsıtdı VİDEO

20 Sentyabr: Azərbaycanın suverenliyinin tarixə çevrildiyi gün

Danimarka mediası PISA nəticələri barədə: Bəşəriyyət sadəcə olaraq getdikcə daha da səfehləşir

Komitə sədri: Din xadimlərinin fəaliyyətində birləşdirici yanaşma vacibdir VİDEO

Komitə sədri: Din xadimlərinin fəaliyyətində birləşdirici yanaşma vacibdir VİDEO

Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur

“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb

ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir VİDEO

ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir VİDEO

Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub

Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib

ABŞ-də çalışan azərbaycanlı alim: Azərbaycanın milli genom məlumat bazasının yaradılması səhiyyə üçün mühüm imkanlar aça bilər – MÜSAHİBƏ

Fransada əməkdaşların əmanətlərinə vergi məsələsi: Hökumət geri çəkildi, hüquq-mühafizə orqanlarına müraciət edildi

® “Sabah Investment Group”un rəhbərliyi Acarıstana işgüzar səfər edib

Azərbaycan BMT-nin Baş Assambleyasında böyük nümayəndə heyəti ilə təmsil olunacaq VİDEO

Azərbaycan BMT-nin Baş Assambleyasında böyük nümayəndə heyəti ilə təmsil olunacaq VİDEO

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində vətəndaşların müraciətləri dinlənilib

Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO

Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO

Ceyhun Bayramov: Yanaşmamız dəyişməzdir, sülh sazişinin imzalanması üçün imkanlar mövcuddur VİDEO

Ceyhun Bayramov: Yanaşmamız dəyişməzdir, sülh sazişinin imzalanması üçün imkanlar mövcuddur VİDEO

Azərbaycan paralimpiyaçısı dünya reytinqində 8-ci pilləyə yüksəlib

SİMA-da təhlükəsizliklə əlaqədar biometrik yoxlama cəhdlərinə limit tətbiq olunub

Nazir: Belə mühüm tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizə olan etimadın göstəricisidir

“Mançester Yunayted”lə oyunöncəsi “Sabah”ın zədəli futbolçularının son durumu açıqlanıb

Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır

Hüseyn Hüseynov: Azərbaycan TDT-nin yaşıl maliyyə təşəbbüslərində fəal iştirak edir VİDEO

Hüseyn Hüseynov: Azərbaycan TDT-nin yaşıl maliyyə təşəbbüslərində fəal iştirak edir VİDEO

Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub

“Komo”nun prezidenti Çempionlar Liqasında debüt matçında tribunadakı yerini azarkeşə verəcək

Bu il 22 tələbə Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirib

COP31-in icraçı direktoru: Həssas coğrafiyaların səsi olacağıq VİDEO

COP31-in icraçı direktoru: Həssas coğrafiyaların səsi olacağıq VİDEO

TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib