“Vətənimdir Azərbaycan!” mövzusunda onlayn bədii qiraət müsabiqəsi keçirilib
Bakı, 18 aprel, AZƏRTAC
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Evdə qal, təhsildən qalma!” kampaniyası çərçivəsində “Vətənimdir Azərbaycan!” mövzusunda onlayn bədii qiraət müsabiqəsi keçirib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, müsabiqə təhsilalanların nitq mədəniyyətini və bədii zövqünü formalaşdırmaq, onlarda doğma vətənimizə sevgi və hörmət hissini artırmaq məqsədilə təşkil olunub.
Müsabiqədə mərkəzdə müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr iştirak ediblər. Mərkəzin “facebook" səhifəsində aparılan müsabiqədə ən çox “bəyənmə” qazanan aşpaz ixtisası üzrə təhsil alan Azər Səfərov və qənnadıçı-şirniyyatçı ixtisası üzrə təhsil alan Bənövşə Mustafayeva qalib olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]