VII ƏNƏNƏVİ BEYNƏLXALQ “ŞƏRQ-QƏRB” BAKI KİNOFESTİVALINA START VERİLMİŞDİR
Açılış mərasimində Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi Rasim Balayev Prezident İlham Əliyevin kinofestival iştirakçılarına təbrik məktubunu oxumuşdur.
Mədəniyyət naziri Polad Bülbüloğlu qonaqları salamlamış, bu festivalın əhəmiyyətindən danışmış və demişdir ki, tamaşaçılar filmlərə “Azərbaycan” kinoteatrında pulsuz baxacaqlar.
Qonaqlar təqdim olunduqdan sonra Nicat Feyzullayevin “Küçələrə su səpmişəm” filmi nümayiş etdirilmişdir.
Xatırladaq ki, Beynəlxalq “Şərq-Qərb” Bakı kinofestivalı Azərbaycanda Dünya Kinosunun 100 illiyi Fondu, Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü, MDB və Baltikyanı ölkələrin Kinematoqrafçılar İttifaqı Konfederasiyasının dəstəyi ilə 1996-cı ildə yaradılmışdır.