Vladanka Andreyeva: Azərbaycan Qadınlarının VI Qurultayı əməkdaşlıq üçün gözəl platformadır
Bakı, 19 oktyabr, AZƏRTAC
Azərbaycan Qadınlarının VI Qurultayı əməkdaşlıq üçün gözəl platformadır. Düşünürəm ki, bu toplantı əməkdaşlığa töhfə verəcək.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Qadınlarının VI Qurultayının açılış mərasimində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva deyib.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən danışan nümayəndə Azərbaycanda bu istiqamətdə müvafiq işlərin görüldüyünü diqqətə çatdırıb.
“Azərbaycanda qadın hüquqlarının qorunması, gender əsaslı zorakılıqla mübarizə, erkən nikahların qarşısının alınması ilə bağlı QHT-lərlə də sıx əməkdaşlıq edirik. Qadınların ictimai həyatda fəal iştirakının təmin olunmasi vacibdir”, - deyə V.Andreyeva vurğulayıb.
Azərbaycan qadınlarının qərar qəbuletmə prosesində fəallığının artırılmasının önəmini vurğulayan BMT-nin rezident əlaqələndiricisi onların öz hüquqlarının qorunmasında qətiyyətli olduqlarını diqqətə çatdırıb.
Onun sözlərinə görə, gənc qızların təhsili və məşğulluğunun artırılması vacib məsələlərdəndir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:17]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [17:01]
Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar
- 03.10.2026 [15:49]
DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
- 03.10.2026 [15:02]
Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı
- 03.10.2026 [14:07]
Bakının bəzi yollarında sürət həddi endirilib
- 03.10.2026 [12:04]
FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- 03.10.2026 [12:01]