VLADİMİR PUTİN ÜÇÜNCÜ MÜDDƏTƏ PREZİDENT SEÇİLƏ BİLƏRMİ?
O demişdir ki, əvvəla, Rusiyada belə məsələlər haqqında referendum keçirilməsinin müddətləri ilə bağlı məhdudiyyətlər var. Dövlət Duması deputatlarının səlahiyyətlərinin sonuncu ilində referendumlar keçirilə bilməz. Biz isə artıq bu dövrə yaxınlaşmaqdayıq. Referenduma çıxarılan məsələ Konstitusiyada dəyişiklik edilməsi ilə bağlı olduğu halda, bu məsələni necə formalaşdırmaq olar. Qanunda nəzərdə tutulan bütün proseduralar qanuna uyğun olaraq yerinə yetirilərsə, onda belə referendumun keçirilməsi nəzəri cəhətdən mümkündür. Lakin bu barədə MSK-ya heç bir konkret təşəbbüs daxil olmamışdır.
Veşnyakov bildirmişdir ki, “daha qısa olan başqa bir yol da var: Dövlət Duması, Federasiya Şurası, RF subyektlərinin əksər qanunverici orqanları tərəfindən qərar qəbul olunması yolu ilə Konstitusiyada dəyişiklik etmək olar. Lakin əvvəlki yol kimi, bunun da heç bir perspektivi yoxdur. Hər halda, Dövlət Duması deputatlarının əksəriyyəti bu barədə öz mövqeyini açıqlayaraq bildirmişdir ki, onlar Konstitusiyanın həmin hissəsini dəyişdirməyə heç bir lüzum görmürlər.
Dövlət Dumasının sədri Boris Qrızlov isə bəyan etmişdir ki, Vladimir Putin üçüncü müddətə prezident ola bilər, amma 2008-ci ildə yox.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [18:55]
Qazaxıstanda yerli özünüidarəetmə sistemində islahat hazırlanır
- 02.06.2026 [18:04]
Macarıstanın yeni Baş naziri Almaniyaya səfər edib
- 02.06.2026 [17:51]