DÜNYA
Volodimir Zelenski Çexiya və Slovakiya prezidentləri ilə görüşüb
![](/files/galleryphoto/2023/1/1200x630/16826980114809738439_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/168269801127802414_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/16826980115228239579_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/1682698011285915084_1200x630.jpeg)
Kiyev, 28 aprel, AZƏRTAC
Aprelin 28-də Ukrayna Prezidenti Volodimir Zelenski Çexiyanın Prezidenti Petr Pavel və Slovakiya Prezidenti Zuzana Çaputova ilə görüşlər keçirib.
AZƏRTAC xəbər verir ki, Zelenski çexiyalı həmkarına səfərə görə təşəkkür edərək, Çexiyanın ilk gündən Ukraynaya kömək etdiyini diqqətə çatdırıb. “Buça və Borodyankanın ziyarəti ilə başlanan bu səfərə görə sağ olun. İrimiqyaslı təcavüzün ilk günlərindən Çexiyanın, Çexiya hökumətinin və bütün ictimaiyyətinin dəstəyini dəyərləndiririk”, - deyə Ukrayna Prezidenti vurğulayıb.
Daha sonra Volodimir Zelenski Slovakiya Prezidenti ilə görüşüb. Prezident slovakiyalı həmkarına ukraynalıları və ordunu dəstəklədiklərinə, Ukraynanın bərpasına yardıma görə minnətdarlığını bildirib.
Qeyd edək ki, Çexiya və Slovakiya prezidentləri Petr Pavel və Zuzana Çaputova aprelin 28-də Kiyevə səfər ediblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev