Volodimir Zelenski Ukraynanın qələbə planını təqdim edib
Kiyev, 16 oktyabr, AZƏRTAC
Ukraynanın qələbə planı beş bənddən və üç məxfi əlavədən ibarətdir. AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Ali Radasında çıxış edən Prezident Volodimir Zelenski məlumat verib.
Ukraynanın dövlət başçısının sözlərinə görə, birinci bənd geosiyasi, ikinci və üçüncü hərbi xarakter daşıyır. Dördüncü bənd iqtisadiyyata, beşinci isə təhlükəsizlik məsələlərinə aiddir.
Volodimir Zelenski bildirib ki, hər bir bənd müəyyən bir dövr üçün nəzərdə tutulub. Ukrayna Prezidenti diqqətə çatdırıb ki, ilk dörd bənd müharibə dövrünü əhatə edir və onun başa çatdırılmasını nəzərdə tutur. Beşinci bənd isə postmüharibə dövründə təhlükəsizliyin təmin edilməsi ilə bağlıdır.
Ukrayna Prezidenti qələbə planına üç əlavənin məzmunu və ya detallarını açıqlamayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]
Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
- 16.06.2026 [12:08]
Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib
- 16.06.2026 [12:03]
Konqoda Ebola virusuna yoluxanların sayı 808 nəfərə çatıb
- 16.06.2026 [11:59]
Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb
- 16.06.2026 [11:53]
Özbəkistan 28 növ nadir mineralın sənaye istehsalını təşkil edəcək
- 16.06.2026 [11:47]
Media: Hörmüz boğazında gəmiçiliyin bərpası bir ay çəkə bilər
- 16.06.2026 [11:45]