Vüqar Həşimovun atası dünyasını dəyişib
Bakı, 8 yanvar, AZƏRTAC
Beynəlxalq qrosmeyster Vüqar Həşimovun atası, Azərbaycan idmanının inkişafında əvəzsiz xidmətləri olan Qasım Həşimov dünyasını dəyişib.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, o, bu gün xəstəxanada dünyasını dəyişib.
Qasım Murtuza oğlu Həşimov 1949-cu ildə Goranboy rayonunda anadan olub, uzun illər Mərkəzi Ordu İdman Klubunun rəisi vəzifəsində çalışıb. Həmin illərdə Mərkəzi Ordu İdman Klubunda müxtəlif idman növlərinin inkişafında böyük xidmətləri olub.
Ailəlikcə idmana böyük sevgisi olan Qasım Həşimov oğlu – şahmat üzrə Avropa çempionu və müxtəlif beynəlxalq turnirlərin qalibi Vüqar Həşimovun Azərbaycanın və dünyanın ən güclü şahmatçılarından biri kimi formalaşmasında misilsiz rol oynayıb. Vüqarın şahmat karyerasında onunla birgə addımlayan Qasım Həşimov oğlunun ilk şahmat müəllimi kimi tanınıb.
2014-cü ildən keçirilən və Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat üzrə superturnirin Təşkilat Komitəsinə rəhbərlik edib.
2016-cı ildə rəhbərlik etdiyi Vüqar Həşimov Şahmat Akademiyasını yaradıb.
Azərbaycanın əməkdar məşqçisi olan Q.Həşimov 2023-cü ildə Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Qeyd edək ki, 1949-cu il təvəllüdlü Q.Həşimov ötən il dekabrın 3-də Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində baş verən partlayışda ağır xəsarət almışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:08]
Azərbaycan güləşçiləri Buxarestdə 5 medal qazanıblar
- 10.08.2026 [16:41]
Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək
- 10.08.2026 [16:14]
“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi
- 10.08.2026 [15:11]
NBA klubu liqanın ən qısa və ən ucaboy oyunçularını transfer edib
- 10.08.2026 [13:56]
Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb
- 10.08.2026 [13:30]
“Neftçi”nin hücumçusu “Araz-Naxçıvan”a keçib
- 10.08.2026 [13:24]
Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasının sponsoru bəlli olub
- 10.08.2026 [13:23]