Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Ölkəmizin hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir

Vüqar Rəhimzadə: Ölkəmizin hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir

Ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa tarixi müraciəti Azərbaycanın son 19 ildə qazandığı uğurların, ən başlıcası tarixi Zəfərimizin əsası oldu

Bakı, 9 dekabr, AZƏRTAC

Hər bir dövlətin, xalqın həyatında liderlərin rolu inkaredilməzdir. Azərbaycanın bu gününü müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə lider amilinin rolunu daha aydın görür və düzgün dəyərləndiririk. Bu baxımdan “Müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir” fikri özündə bütün məqamları ehtiva edir. Həmçinin Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi, həmçinin dövlətimizin başçısının 2022-ci il 28 noyabr tarixli Sərəncamı ilə 18 maddədən ibarət “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiqlənməsi dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı misilsiz xidmətlərinin aydın ifadəsini yaradır. Azərbaycanın çoxəsrlik tarixinin hər bir səhifəsi bizim üçün əzizdir. Müstəqilliyimizin yenidən bərpasının ilk illərində ölkəyə idarəçilik qabiliyyəti olmayan, səriştəsiz antimilli ünsürlərin rəhbərlik etmələri Azərbaycanı uçurumun bir addımlığına gətirib çıxarmışdı. Həmin illər tariximizin qara səhifəsi kimi xatırlanır. Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə dövlət başçısı İlham Əliyev YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Bakıya dəvət edildiyini, parlamentin Sədri, 11 ay keçəndən sonra - oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildiyini xatırladaraq tariximizin o qara səhifəsinin bağlandığını bildirdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, həmin dövrdə ölkə çox ciddi, böyük problemlərlə üz-üzə qalmışdı. Məhz ulu öndər Heydər Əliyevin cəsarəti, zəkası, təcrübəsi, xalqın öz dahi rəhbərinə olan inamı sayəsində Azərbaycan xaosdan, anarxiyadan, özbaşınalıqlardan, iqtisadi böhrandan xilas oldu, inkişaf, tərəqqi dövrünə qədəm qoydu. Ümummilli Liderin təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atıldı. İlk növbədə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Dövlətçiliyin əsasları yaradıldı. Ulu öndər Heydər Əliyev müstəqillik yolunda ilk addımlarını atan Azərbaycanın qarşısında dayanan həllivacib məsələlərdən bəhs edərkən dünya dövlətləri, o cümlədən region ölkələri ilə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulmasını əsas amil kimi önə çəkdi. Azərbaycanın bu sahədə göstərdiyi səylər öz müsbət nəticəsini verərək ölkəmizin ətrafında yaradılan informasiya blokadasını yardı.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, ömrünü dövlətinə, xalqına, Vətəninə həsr edən Ulu Öndərin xidmətlərini bir yazıda əhatə etmək qeyri-mümkündür. Reallıq budur ki, Ümummilli Lider xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Dövlətimizin başçısı İlham Əliyev məhz bu reallıqlara söykənərək belə bir çağırışı edir ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq.

Vüqar Rəhimzadə ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın sabitlik diyarına çevrilməsindən, iqtisadi möcüzələr ölkəsi kimi nüfuz qazanmasından, beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyinin güclənməsindən, hər zaman Qələbəyə hazırlaşaraq artıq tarixə qovuşan Qarabağ münaqişəsinin ədalətli həlli üçün möhkəm hüquqi bazanın yaradılmasından, eyni zamanda, müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsindən və döyüş ruhunun artırılması istiqamətində atılan addımlardan geniş bəhs edib. Bildirib ki, iqtisadi və siyasi müstəqillik hər bir ölkənin dayanıqlı inkişafında əsasdır. “Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verildi. İlk növbədə iqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atıldı. Ən əsası iqtisadiyyatımızın inkişafında neft amilinə böyük önəm verilməsi ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsini təmin etmək məqsədilə 1994-cü il sentyabrın 20-də dünyanın nəhəng transmilli şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynadı. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ilə regional inkişafın aparıcı qüvvəsinə çevrilən Azərbaycan sonrakı illərdə əməkdaşlığın coğrafiyasını genişləndirməklə dünyanın enerji təhlükəsizliyinə davamlı töhfələr verən ölkə kimi nüfuz qazandı. Azərbaycanın müəllifi olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Azərbaycan bu gün də ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır. Əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması, Ümummilli Liderin dahiyanə uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunun vəsaitlərinin səmərəli istifadəsinin təmin olunması bu gün ölkəmizin hərtərəfli inkişafına, iqtisadi mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Bu gün Azərbaycanın təşəbbüsçüsü və müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsinin, onun əsas tərkib hissələri olan TANAP və TAP-ın uğurla reallaşması ölkəmizi dünyanın, o cümlədən Avropanın enerji təminatında əsas söz sahiblərindən birinə çevirib”, - deyə V.Rəhimzadə vurğulayıb.

YAP Xətai rayon təşkilatının sədri, həmçinin qeyd edib ki, Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi mövqeyinin möhkəmləndirilməsi də məhz o illərdə yaradılan möhkəm təmələ əsaslanır. Azərbaycanın 2001-ci ildə ulu öndər Heydər Əliyevin səyləri nəticəsində dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından olan Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi də ölkəmizin demokratik dəyərlərə sözdə deyil, əməldə sadiqliyinin nümayişidir. Ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün təsisatlar yaradılıb. İnsan hüquq və azadlıqlarının qorunması, azad mətbuatın inkişafı, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün mühüm addımların atılması da deyilənlərin təsdiqidir. Heç də təsadüfi deyildir ki, bu gün Azərbaycanın demokratiya təcrübəsi digər dövlətlərə nümunə göstərilir.

Vüqar Rəhimzadə xarici siyasət sahəsində uğurlarımızdan bəhs edərkən dövlətimizin söykəndiyi dəyişməz prinsipləri xüsusi qeyd edib: “Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr qurur. Azərbaycanın müstəqil siyasəti uğurlarının davamlılığında əsas amildir. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazandı. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrini daha da möhkəmləndirdi. BMT Təhlükəsizlik Şurasının qətnamələrində ərazi bütövlüyümüzün bərpa edilməsi, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapdı. Bütün bunlar dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin nəticəsi idi.

“Bu gün hansı sahəyə baxsaq, sürətli inkişafda və tərəqqidə ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini görərik”, - söyləyən YAP Xətai rayon təşkilatının sədri diqqəti dünyaya səs salan, tarixi ədaləti bərpa edən Zəfərimizdə əsas amil olan ordu quruculuğuna, gənclərimizin torpaq, Vətən sevgisinə yönəldib. Ulu öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən mühüm addımlar atmışdı. Bunlardan biri də hərbi kadrların hazırlanması məqsədilə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması idi. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu dövlət siyasətinin əsasına çevrildi. Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş qabiliyyətinin artırılması üçün bütün zəruri addımlar atıldı. Azərbaycanın öz missiyasını layiqincə yerinə yetirməyə qadir Ordusu formalaşdı.

Vüqar Rəhimzadə ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı misilsiz xidmətləri sırasında 2003-cü ildə xalqa tarixi müraciətini xüsusi qeyd edərək deyib: “Həmin müraciət Azərbaycanın son19 ildə qazandığı uğurların, ən başlıcası, tarixi Zəfərimizin əsası oldu. Son 19 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yeni inkişaf strategiyası həyata keçirilib. Dövlətimizin başçısı bu illər ərzində ölkəmizdə bütün sahələrin müasir tələblərə uyğun inkişafını təmin edib. Azərbaycanın iqtisadi müstəqilliyi gücləndikcə siyasi mövqeyi də möhkəmlənir. Ordu quruculuğu sahəsində də mühüm addımlar atılıb və bu proses hazırda uğurla davam etdirilir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bütün bu uğurların, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, Xalq-Prezident-Ordu birliyinin təqdimatı oldu. Xalqımız dövlətimizin başçısının hər bir vədinin real həyatda şahidi olur. Prezident İlham Əliyevin qətiyyəti sayəsində ərazi bütövlüyümüzün bərpa olunması hər birimizi qürurlandırır, sabaha daha böyük inamla addımlamağa stimul verir. Ali Baş Komandan İlham Əliyev adını tariximizə qalib Sərkərdə kimi qızıl hərflərlə yazdı. Xalqımız daim bu əminliyi də ifadə edir ki, dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində Qarabağda və Şərqi Zəngəzurda bütün quruculuq işləri uğurla başa çatacaq, soydaşlarımız tezliklə doğma yurd-yuvalarına qayıdacaq və bu torpaqlarda yeni həyat başlayacaq”.

YAP Xətai rayon təşkilatının sədri Ümummilli Liderin irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun xidmətlərinə də diqqəti yönəldərək bildirib ki, Fondun Mehriban xanım Əliyevanın rəhbərliyi ilə gördüyü işlərin miqyası olduqca böyükdür. Hazırda bütün səylər işğaldan azad edilmiş ərazilərimizin bərpasına yönəldilib. Bu baxımdan Fondun erməni vəhşiliklərinə şahidlik edən tarixi və dini abidələrimizin bərpası istiqamətində fəaliyyətini xüsusi vurğulamaq gərəkdir. Bununla bərabər, dövlət başçısının tapşırığı, Heydər Əliyev Fondunun təşkilatçılığı əsasında “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri ənənələrinin bərpasını da xüsusi qeyd etməliyik. Bir sözlə, Fondun hər bir layihəsi, addımı qalib Azərbaycanın təqdimatına xidmət edir.

Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, hər bir uğurumuz Heydər Əliyev siyasətinin təntənəsidir. Bu gün qalib Azərbaycanın qarşısında daha böyük vəzifələr durur. Heydər Əliyevin həmişəyaşar ideyalarına sadiq qalan dövlətimiz və xalqımız bu vəzifələri də layiqincə yerinə yetirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda avtomobil piyadanı vurub

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb

Milli Məclisin sədri Qırğız Respublikasına səfər edib

Kamandan oxatma üzrə Superkubok yarışı başa çatıb

Türkiyə partiyasının lideri: Azərbaycanin müstəqilliyi bütün Türk dünyasının qürur mənbəyidir

Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar

Türkiyəli rəsmilər Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbriklərini çatdırıblar

Almaniyada fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun üzvləri yerli turnirdə uğurla çıxış ediblər

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb VİDEO

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb VİDEO

Türkiyə Prezidenti Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib

“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub VİDEO

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub VİDEO

Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Mehmet Emir Aksoy: Azərbaycan Qafqazın parlayan ulduzu və milli iradənin rəmzidir

Gürcüstan DİN külli miqdarda narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalının qarşısını alıb

Qobustanda Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB